DYP-dən istirahət günlərində oruc tutan sürücülərə xəbərdarlıq
Bizi izləyin

Avtopublika

DYP-dən istirahət günlərində oruc tutan sürücülərə xəbərdarlıq

Polkovnik Kamran Əliyev: "Kondisionersiz maşınlarla yola çıxmayın"

Ramazan bayramı münasibəti ilə qarşıdan gələn 4 günlük istirahət günü Bakıda və ümumilikdə ölkə ərazisində maşınla səyahətə çıxanların sayının artacağı gözlənilir. Bununla bağlı yol polisi sürücülərə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev anspress vasitəsilə sürücülərə yola çıxarkən daha diqqətli olmağı tövsiyyə edib. Yol polisi sürücülərə nasaz avtomobillər vasitəsilə yola çıxmağı məsləhət görmür.

"Əsas məsələlərdən biri də, havaların isti keçməsilə əlaqədar yaranan problemlərdir. Bu üzdən sürücülər çalışsınlar ki, soyuducu sistemi olmayan avtomobillərlə yola çıxmasınlar. Məcbur qaldıqda isə belə maşınlarla yalnız günü sərin vaxtı, səhər yaxud axşamtərəfi getsinlər. Əsasəndə oruc tutan sürücülər daha diqqətli olmalıdırlar", - deyə Kamran Əliyev bildirib. Polis rəisi bir daha sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə çağırıb: "Magistral yollarda sürət həddini aşmasınlar. Dönmə və ötmə əməliyyatlarını yerinə yetirərkən ehtiyatlı olsunlar. Yüksək musiqi səsləndirərək maşın sürməsinlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm