• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Satılmayan maşınların son taleyi - REAL FAKTLAR

Satılmayan maşınların son taleyi - REAL FAKTLAR

Avtomobil istehsalçıları bu sirri saxlamaq bir çox şeydən keçərdilər ki, bu kadrları heç kim heç vaxt görməsin. Çoxdan qalıb satılmayan, açıq səma altında sadəcə paslanan milyonlarla maşının təkrar istehsalı 2009-cü ildə öz zirvəsinə çatıb. Lakin bu problem hələ də həll olunmamış qalıb.

Parlaq, gözəl, yeni və... paslanan

Bu foto İngiltərənin Kent qraflığında Port-Şerness-də çəkilib. Dünyada mövcud olan satılmayan avtomobillərin parkı. Dünyada satılmamış hərəkətsiz avtomobillər belə kədərli mənzərələri xeyli çoxdur.

İnsanlar avtomobillərini o qədər də tez-tez dəyişə bilmir. Siz tez-tez maşın dəyişməsi ilə öyünə bilən nə qədər ailə tanıyırsınız? Lakin, hər il milyonlarla təzə və gözəl maşın heç kimə lazım olmadığından "ölür".

Baltimor, Merilend ştatı, ABŞ

Baltimordakı bu "əbədi" dayanacaqda 57 000 təzə və atılmış avtomobil dayanıb. Avtomobillərin diler salonlarından bura yeni-yeni avtomobillər gətirilir. Amma bu maşınları dayanacaqlara qoyduqdan sonra onların çoxu heç kimə lazım olmur və beləcə burada qalırlar.

Avtomobil sənayesi yeni maşınlar buraxmağı sadəcə olaraq dayandıra bilməz. Bu minlərlə əməkdaşın və onlarla zavodun bağlanması demək olardı. Bundan başqa, domino effekti ilə bunun metallurgiya sənayesi üçün ağır nəticələri olacaqdır.

Bu yiyəsiz təzə maşınlar ispan günəşinin altında yanıb kül olurlar

Nə vaxt ki, təklif tələbatı üstələyir, profisit yaranır. Hətta, resessiya ondan xilas etmir, çünki orta statistik ailə hər il yeni avtomobil almaq iqtidarında deyil ki, köhnələr əvəz edilsin.

Sankt-Peterburq, Rusiya

Avropadan idxal olunan avtomobillərin satılmayan hissəsinin kədərli aqibəti budur. Yetim qalmış kimi paslanmaq üçün növbəyə durublar.

Son vaxtlar xeyli "alırıq-istifadə edirik" silsiləsi pozulub. İnsanların əksəriyyəti daha çox istifadə edilmiş maşınları almağa üstünlük verirlər, nəinki təzələri almağa.

Dünyanın müxtəlif ölkələrində satılmamış və heç vaxt da satılmayacaq avtomobillərin artıq qəbiristanalığa çevrilmiş açıq meydançaları var.

Avonmut, Böyük Britaniya

Bu şəkildə gördüyünüz bütün boz seqmentlər istifadəsiz avtomobillərlə doludur.

Korbi, Böyük Britaniya

Budur, daha bir yataq sahibsiz maşın. Məntiqi sual yaranır: Niyə onların heç olmasa emal üçün göndərilmir və ya ehtiyacı olan vermirlər?

Liman Çivitavekkya, İtaliya

Bəlkə avtomobil istehsalçıları onların ehtiyat hissələrindən istifadə etmək haqda düşünələr? Ya onlar bu maşınları satmağa hələ də ümid edirlər?

Valensiya, İspaniya

Bu nahaq yerə zay olan avtomobillərin görkəmi sizi xüsusilə məyus edə bilər, əgər siz onların yanından keçərsinizsə, orda öz əvvəlki köhnə maşınınızın təzələrini görəcəksiniz.

Bu avtomobillərin çoxu burada uzun illərdir istifadəsiz dayanıb

Maşın daha uzun müddət istifadəsiz qalanda yağ durulducu çənin dibinə enir, sonra isə onun töküldüyü mühərrikin daxili hissələrini korroziya yeməyə başlayır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR