Avropalı idmançılar “Bakı 2015”-dən danışdı
Bizi izləyin

Bakı 2015

Avropalı idmançılar “Bakı 2015”-dən danışdı

Bir qrup samboçu I Avropa Oyunları barədə öz təəssüratlarını bölüşüb. Samboçuların Bakı 2015 Avropa Oyunlarından gözləntiləri müxtəlifdir.

Publika.az xəbər verir ki, əksər oyunçular Bakı 2015-in, 14-18 may tarixlərində Xorvatiyada keçiriləcək Avropa Çempionatından daha vacib olacağını deyir.

Rumıniyalı samboçu Natalia BueanuI:

“Avropa Oyunları barədə fikirləşəndə, əlbəttə ki, həyəcanlanıram. Bu, mövsümün ən ciddi yarışıdır və qızıl medal qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəm. Turnirdə ən yaxşı şəkildə fiziki hazırlıqlı olaraq çıxış etməyə çalışırıq”.

Belarus samboçu Stsipan Papou:

“Hal-hazırda bütün məşqçilər Bakı-2015-ə görə çox həyəcan keçirir. Mən, əslində, bu turnirin nə cür olacağını bilmirəm. Bəlkə də, onu dünya çempionatı ilə müqayisə etmək olar. Mənim hazırlığım, bütün təlimlər yalnız Avropa Oyunlarına həsr olunub. Dünya Kubokları və hətta Avropa Çempionatı buna hazırlıq yarışlarıdır”.

Rumın qadın samboçu Daniela Hondiu:

“Oyunlar mənim üçün çox vacibdir və ilin əsas yarışıdır. Mən hətta Avropa Çempionatını bu tədbir üçün hazırlıq mərhələsi kimi sayıram”.

Belarus idmançısı Tatsiana Matsko:

“Demək olar ki, hər ölkədən olan idmançılarla mübarizə aparmaq get-gedə daha da çətinləşir. Turnirlərin sayı çoxdur və hər kəs mübarizə apararaq təcrübə qazanmaq istəyir,” - deyə Matsko bildirdi və belə əlavə etdi: "Əgər qalib gəlmək istəyirsənsə, təmkinli olmalı və addımbaaddım hazırlaşmalısan. Əlbəttə ki, bu, böyük bir turnirdir və məqsədim qızıl medal qazanmaqdır”.

Latviyalı samboçu Arturs Çerņavskis:

“Bu, hər şeyin çox böyük təəssürat doğurduğu Universiada kimi böyük bir turnirdir. Ona görə də bu oyunların da həqiqətən yüksək səviyyədə keçiriləcəyinə inanıram”.

Rumın Daniela Hondiou:

“Bu, mənim Azərbaycanda ilk çıxışımdır. Mən insanların döyüş idman növlərini sevdiklərini və idman sahəsində çox güclü bacarıqlarının olduğunu bilirəm. Stadionda çoxsaylı azarkeş və izləyicilərin bizə dəstək verəcəyinə ümid edirəm”.

Belarus idmançısı Katsiaryna Prakapenka:

“Avropa Oyunları mənim üçün çox yenidir. Mən seyrçilər arasında çoxsaylı dostlarla və gərgin keçən yaxşı döyüşlərlə qarşılaşacağıma inanıram. Bakıda bir dəfə olmuşam. Gözəl şəhərdir, lakin onun tarixini görməyə bir gün kifayət etmir. Mən daha çox şey görməyə ümid edirəm”.

Moldovalı Anna Repida:

“Hiss edirəm ki, rusiyalı rəqiblərim mənimlə görüşə hazırlaşırlar və ona görə də fiziki cəhətdən böyük görüşlərə hazır olmaq üçün fəndlər üzərində çox işləməliyəm. Əminəm ki, bu turnir çox yüksək səviyyədə keçiriləcək”.

Fransız samboçu Estelle Friquin:

“Bu, mənim üçün çox böyük bir sınaq olacaq. Komandada olan hər kəslə sevinci paylaşmaq qeyri-adi olacaq”.

Belarus idmançısı Alesia Staraverava:

Ümidvaram ki, mən bu Oyunlar zamanı ən üstün nəticə sərgiləyəcəyəm. Bilirəm ki, Avropa Oyunları hər bir idmançı üçün çox vacibdir".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm