Bakı 2015
Almaniya Bundestaqında “Bakı 2015”-in təqdimatı keçirilib
Almaniya Bundestaqında ilk Avropa Oyunlarının təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə deputatlar,
AFR hökuməti və ölkənin Milli Olimpiya Komitəsinin nümayəndələri
iştirak ediblər. Həmçinin Bundestaq Aparatı və deputat bürolarının
əməkdaşları, jurnalistlər də həmin tədbirdə olub.
Təqdimatda çıxış edən Bundestaqın İdman Komitəsinin sədri,
deputat Daqmar Frayta İlk Avropa Oyunlarının əhəmiyyətindən
danışıb.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov isə çıxışında
ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyətinə, həyata
keçirilən siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlığı məsələsinə
toxunub.
Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü, Prezident yanında
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Oyunlara hazırlıq
işlərinin yüksək səviyyədə aparıldığını deyib.
İlk Avropa Oyunlarının təqdimatı ilə bağlı keçirilən tədbirdə mötəbər turnir zamanı tətbiq olunacaq asanlaşdırılmış viza qaydaları, jurnalistlər üçün akkreditasiya şərtləri, müasir infrastruktur layihələri mövzusuna da toxunulub.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"