Almaniyanın “sport1.de” idman portalı İlk Avropa Oyunlarını canlı yayımlayacaq
Bizi izləyin

Bakı 2015

Almaniyanın “sport1.de” idman portalı İlk Avropa Oyunlarını canlı yayımlayacaq

Bakı 2015 İlk Avropa Oyunları yaxınlaşdıqca dünyada bu mötəbər idman tədbirinə maraq daha da artır.

Publika.az xəbər verir ki, Almaniyanın “sport1.de” idman portalı Avropa Oyunlarını canlı yayımlayacaq. Portalda ilk Avropa Oyunları ilə bağlı xüsusi radio və video kanalı fəaliyyət göstərəcək. İyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimi, eləcə də yarışlar “sport1.de” portalı vasitəsilə nəinki Almaniyada, qitənin digər ölkələrində də izlənəcək. Portalda mötəbər idman tədbirinə aid xəbərlərlə yanaşı, fotoşəkillər və videogörüntülər də yerləşdiriləcək.

Portalda, həmçinin Almaniyanın ilk Avropa Oyunlarında ən titullu 300 atlet ilə təmsil olunacağı qeyd edilib. Bildirilib ki, məhz Bakı 2015-in mükafatçıları 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiadaya vəsiqə qazanacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm