“Avropa Oyunları ölkəmizin bu imicini daha da möhkəmləndirəcək”
Bizi izləyin

Bakı 2015

“Avropa Oyunları ölkəmizin bu imicini daha da möhkəmləndirəcək”

Media kapitanları ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları ilə bağlı öz mövqelərini ortaya qoyublar.

Publika.az-ın məlumatına görə,Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov oyunların ölkəmizdə keçirilməsinin qürurverici olduğunu deyib:

“Müstəqil dövlət olaraq Azərbaycan çox gəncdir. 24 illik müstəqilliyin 12 ili quruculuğa həsr edilib,qalanı xaos, anarxiya burulğanında keçib. Son 12 ildə Azərbaycan iqtisadi, siyasi, beynəlxalq nüfuzunun artması, dünyada xüsusi imicinin formalaşması baxımdan inkişaf edib. Bu imicin nəticəsi olaraq Azərbaycana bu cür etimad göstərildi. Buna qədər Azərbaycan yol infrasturukturunun yaradılması, həm idman qurğularının tikilməsi, həm də beynəlxalq yarışların keçirilməsində təcrübə toplanması baxımdan uğurlara imza atıb. Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Birinci Avropa Oyunları ilə əlaqədar bütün hazırlıq işləri yüksək səviyyədə icra edilib. Belə hesab edirəm ki, Azərbaycan oyunlardan maddi gəlir əldə etməyi nəzərdə tutmur. Biz idman dövlətiyik, idmançılarımız illər ərzində olimpiya oyunları, dünya çempionatında, Avropa oyunlarında iştirak edib,yüksək yer qazanıblar. Bundan başqa, il ərzində neçə-neçə beynəlxalq yarışlara ev sahibliyi etmişik. İdman dostluq, sülh, insanlar arasında mehriban münasibət deməkdir. Azərbaycan dünyaya bu imiclə çıxır. Birinci Avropa Oyunları ölkəmizin bu imicini daha da möhkəmləndirəcək”.

Ölkəmizdə minlərlə idmançı, turist, qonaqlar, jurnalistər qonaqpərvərliyimizi, inkişafımızı görəcək”.

B.Sadıqovun sözlərinə görə, Azərbaycanın Avropa Oyunları keçirməsi, onun Avropanın bir parçası olduğunu göstərir.

“Amma bəzən bizi müsəlman ölkəsi olaraq ərəb ölkələrinə bənzədir, geridəqalmış hesab edirlər. Amma onlar gəlib bizim qadın və qızlarımızın necə müasir, ictimai həyatda fəal olduqlarını görəcəklər. Bu da onların təsəvvürlərini dəyişəcək. Hesab edirəm ki, bu yarışlar ölkəmiz üçün bir sınaqdır. Ölkəmizə qarşı kompaniya aparan qüvvələr var. Bunlar antiazərbaycançı şəbəkə,ermənilər, adını beşinci kalon qoyub ölkəyə qarşı işlər həyata keçirən insanlardır. Onlar nə qədər çalışsalar da, istəklərinə nail olmayacaqlar. İnsanlar gəlib Azərbaycanın inkişafını görəndə o yazılanlara inanmayacaqlar”.

Birinci Avropa Oyunlarının ölkəmizə böyük divident gətirəcəyini deyən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə onun nüfuzunun beynəlxalq aləmdə artmasına xidmət edəcəyini bildirib.

“Oyunların Azərbaycanda keçirilməsi Avropanın ölkəmizə olan inamının göstəricisidir. Bu oyunlar ilk dəfə keçirilməsi ilə də ölkəmizin nüfuzuna xidmət edir. Bundan sonra Avropa Oyunlarının keçiriləcəyi bütün ölkələrdə Azərbaycan adı xatırlanacaq. Azərbaycan Avropa Oyunları tarixinin möhtəşəm səhifəsini yazır. Hesab edirəm ki, oyunlar ölkəmizə həm siyasi, həm də iqtisadi baxımdan uğur gətirəcək. Bu həm də Azərbaycanın iqtisadi gücünün və siyasi nüfuzunun dünya birliyində olan göstəricisidir”.

V.Rəhimzadə hesab edir ki, istər sosial, istərsə də çap mediasında bu oyunlarla bağlı görülən işlərin işıqlandırılmasına xüsusi önəm verilməlidir. Çünki bu işlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu vacibdir.

“Bu istiqamətdə müəyyən işlər var, hesab edirəm ki, daha da gücləndirilməlidir. Yalnız Avropa Oyunları ərəfəsində deyil, sonrakı dövrdə də bununla bağlı işlər həyata keçirilməlidir. Xüsusən də, sərhədsiz hesab olunan elektron medianın, sosial şəbəkənin üzərinə düşən yük daha ağırdır. Onların fəallığı daha da yüksəldilməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm