Bakı 2015
Birinci Avropa Oyunları Xorvatiyada da yayımlanacaq
Mayın 27-də “Bakı-2015” Əməliyyat Komitəsi (BEGOC) birinci Avropa Oyunlarının Xorvatiyada yayımlanması haqqında saziş imzalayıb.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” yarışları 2011-ci ildə Xorvatiya Milli Olimpiya Komitəsi tərəfindən təsis edilən ilk televiziya kanalı olan və ödənişsiz xidmət göstərən “Sportska Televizija”da (SPTV) hər gün 10 saat ərzində yayımlanacaq. SPTV kanalı həm də açılış və bağlanış mərasimlərini nümayiş etdirəcək. Kanal, həmçinin xorvatiyalı idmançıların çıxışlarının geniş işıqlandırılmasını təmin edəcək.
BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, “Bakı-2015” Avropa idmanı üçün mühüm əhəmiyyət daşıyır. Buna görə də biz bütün qitə və dünya tamaşaçılarının yarışları izləyə bilməsini təmin etmək üçün səylə işləmişik. SPTV kanalı ilə bağlanmış bu saziş sayəsində Xorvatiya auditoriyası öz idmançılarını dəstəkləməklə Oyunlarda qiyabi olaraq iştirak edə biləcəklər.
SPTV kanalının baş redaktoru Yura Ozmek deyib: “Avropa Oyunları SPTV kanalına mükəmməl dərəcədə uyğun gəlir. Bakıda idmanın 20 növü üzrə yarışlar keçiriləcək və onların əksəriyyəti Xorvatiya tamaşaçılarının böyük marağına səbəb olacaq. Xorvatiya həmin idman növlərinin 18-i üzrə təmsil olunacaq. Ümidvarıq ki, Xorvatiya təmsil olunduğu idman növləri üzrə medallar qazanan ölkələr sırasında yer ala biləcək. Biz Xorvatiyaya bu idman bayramını bəxş etməkdə tamamilə qətiyyətliyik və iyunun 12-də keçiriləcək açılış mərasimini səbirsizliklə gözləyirik. “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi ilə tərəfdaşlıq etməkdən məmnunuq və qitə və Xorvatiya idmanında birlikdə yeni bir səhifə açacağıq”.
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"