Elton Hüseynəliyev: “Biz bu Oyunlarda qalibik”
Bizi izləyin

Bakı 2015

Elton Hüseynəliyev: “Biz bu Oyunlarda qalibik”

İlk Avropa Oyunlarının keçiriləcəyi təqvim yaxınlaşdıqca prosesə biganə görünənlərin sayı da azalır. Başından bəri fəal görünən şou əhli də idmançılara hər cür dəstək verməyə çalışır. Bəziləri bu mərhələdə ulduz elçi ampluasında çıxış edərək idman və idmançılarımız üçün həvəsləndirici layihələr həyata keçirirsə, başqaları da sözü, mahnısı, ifası ilə əlindən gələni etməyə çalışır. Beləcə, böyük bir idman tədbirinin Azərbaycanda keçirilməsinə hər kəs öz töhfəsini verir. Müğənni Elton Hüseynəliyev isə bu dəfə sözləri ilə idmançılarımıza dəstək olub. Publika.az-a açıqlamasında o, idmançılarımızla bağlı arzularını dilə gətirib:

“Ürəyi həyəcanla döyünən hər bir idmançımıza medal arzu edirəm. Elə idmançılar olacaq ki, medal qazana bilməyəcəklər. Amma məncə, həvəsdən düşməsinlər. Çünki bu, Azərbaycan üçün tarixi bir gün olacaq. Həmin günün yaşanmasında məhz həmin idmançının da rolu olacaq. Demək, üzülməyə, təəssüflənməyə dəyməz. Tarix yazılarkən kimin hansı mövqedə olmasından, proseslərə nə qədər yaxın olmasından, iştirak səviyyəsindən və əldə etdiyi nəticədən asılı olmayaraq, biz bu Oyunlarda qalibik. Bu qələbəmizə kölgə salacaq heç bir fikri, əməli özümüzə yaxın buraxmamalıyıq”.

İfaçı idmanla maraqlanmasa da, idmandan uzaq da düşməyib. İdmanla intensiv olmasa da, çəki salmaq üçün məşğul olur:

“Çoxdandır idman etmirəm. Bu yay bir sıra məşğuliyyətlərimi bərpa edəcəyəm. İdman edərkən qaçıram, üzgüçülüyə gedirəm, boks və futbol oynayıram. Çəkini atmaq üçün nə lazımdırsa, hər şey edirəm. İndi 100 kiloyam. 10 kilo artıq çəkim var. Boyum 185 sm-dir”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm