Avropalı velosipedçilər sabah Azərbaycana gəlir
Bizi izləyin

Bakı 2015

Avropalı velosipedçilər sabah Azərbaycana gəlir

“Bakı 2015 İlk Avropa Oyunlarına velosipedlə" layihəsi çərçivəsində ölkəmizə səfər edən Portuqaliya və Xorvatiyadan olan velosipedçilər sabah Gürcüstan ərazisindən Azərbaycana daxil olacaqlar.

Xatırladaq ki, portuqaliyalı velosipedçi Jorge Kristovao aprelin 10-da öz ölkəsindən yola düşüb və ümumilikdə 6000 km-dən artıq məsafə qət edib. Xorvatiyada velosiped idmanının və turizmin təşviqi ilə məşğul olan “Pedalinac” velosiped klubunun 7 üzvü isə mayın 5-də yola çıxıb. Onların marşrutunun uzunluğu təxminən 4000 km-dir.

Publika.az xəbər verir ki, hazırda həm portuqaliyalı, həm də xorvatiyalı velosipedçilər Gürcüstan ərazisindədirlər. Onlar iyunun 6-sı, saat 13:30-da Balakən rayonundakı “Mazimçay” sərhəd gömrük-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm