“Bakı-2015”in medalları belə olacaq - FOTO
Bizi izləyin

Bakı 2015

“Bakı-2015”in medalları belə olacaq - FOTO

12-28 uyun aralığında Bakıda keçiriləcək I Avropa Oyunlarında uğur qazanan idmançılara veriləcək medallar artıq hazırdır. I Avropa Oyunları Əməliyyat Komitəsindən verilən məlumatına görə, mükafatçılar sırasına çıxacaq müəyyən sayda idmançı “Bakı-2015”in qızıl, gümüş və ya bürünc medalını əldə edəcək.

Medalları "Azərsuvenir" şirkəti Bakıda hazırlayıb. Azərbaycanlı sənətkar Nərgiz Hüseynova ilə tanınmış "Adamas" zərgərlik şirkətinin birgə tərtib etdiyi medal dizaynı “Bakı-2015”in mükafat qazandığı brendin xüsusiyyətlərinə əsaslanır. Medalın mərkəzində “Bakı-2015”in loqosu, arxa tərəfində isə Avropa Olimpiya Komitələrinin rəmz və söz işarəsi əks olunub.

Birinci Avropa Oyunlarında 6 min idmançı 20 idman növü üzrə yarışacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm