Beşqat dünya çempionumuz: “Gəlin igidlərimizə dəstək olaq”
Bizi izləyin

Bakı 2015

Beşqat dünya çempionumuz: “Gəlin igidlərimizə dəstək olaq”

Kikboksinq üzrə beşqat dünya çempionu, AKF-nin gənclər və yeniyetmələr üzrə baş məşqçisi Ehram Məcidov sosial şəbəkədə məşəlin Bakıya gətirilməsi və Avropa Oyunları ilə bağlı status paylaşıb.

Publika.az xəbər verir ki, dünya çempionu hər kəsi Avropa Oyunlarında çıxış edəcək idmançılara dəstək olmağa dəvət edib:

“I Avropa Oyunlarının məşəli artıq Bakıdadır. İnşallah, yandırdığımız bu məşəl vətənimizi daha da işıqlandırar. Allahın izni ilə tez bir müddətdə Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağımızda qələbə məşəllləri alovlandırarıq və dünyaya Azərbaycan millətinin, dövlətinin gücünü, mədəniyyətini bir daha nümayiş etdirərik. Gəlin dəstək olaq igidlərə. Qoy hər bir Azərbaycan igidini bütün dünya tanısın”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm