Məşəl Qoşa Qala qapısından İçərişəhərə aparılıb
Bizi izləyin

Bakı 2015

Məşəl Qoşa Qala qapısından İçərişəhərə aparılıb

Bakı 2015 I Avropa Oyunlarının məşəli Qoşa Qala qapısında olub. Məşəl buradan İçərişəhərə aparılıb.

Publika.az xəbər verir ki, məşəli güləş üzrə Olimpiya çempionu Fərid Mansurov, xalq artisti Faiq Ağayev, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli, veteran atlet Abbas Əzimov, aktyor Bəhram Bağırzadə, güləş üzrə dünya və Avropa çempionu Həsən Əliyev, voleybolçu Alla Həsənova, xalq artisti, dirijor Yalçın Adıgözəlov, xalq artisti, musiqiçi Ənvər Sadıqov, xalq artisti, aktrisa Şəfiqə Məmmədova, Beynəlxalq Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Karpalos və “Bakı 2015”-in ulduz elçisi, müğənni Tünzalə Ağayeva daşıyıb.

Qeyd edək ki, aprelin 26-dan Azərbaycanın bütün bölgələrinə səyahət edən məşəl iyunun 7-də paytaxt Bakıya gətirilib. Məşəli Bakıda "Sadko" limanında Prezident İlham Əliyev təhvil alıb və digər məşəl daşıyanlara ötürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm