“Bakı 2015”-ə qatılan ölkələrin bayraqları sabah qaldırılacaq
Bizi izləyin

Bakı 2015

“Bakı 2015”-ə qatılan ölkələrin bayraqları sabah qaldırılacaq

Bakı 2015 I Avropa Oyunlarına qatılacaq 50 ölkənin nümayəndə heyəti üçün Atletlər Kəndində təntənəli salamlama və bayraqların qaldırılma mərasimi təşkil olunacaq.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva məlumat verib. Onun sözlərinə görə, təntənəli mərasim iyunun 11-də saat 18:00-da kəndin Bayraq Meydanında start götürəcək. Nümayəndə heyətləri Atletlər Kəndinin meri tərəfindən salamlandıqdan sonra bütün ölkələrin bayraqları qaldırılacaq. K.Nurullayeva bildirib ki, Olimpiya Oyunları ilə müqayisədə, Avropa Oyunlarında hər bir ölkə bayrağının ayrı-ayrılıqda deyil, eyni vaxtda dalğalandırılmasına qərar verilib.

Qeyd edək ki, tədbirdə rəsmi şəxslərin, o cümlədən Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların nümayəndələri və rəhbərlərinin iştirakı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm