Heydər Əliyev Mərkəzinin binası qarşısında məşəl estafeti – FOTO
Bizi izləyin

Bakı 2015

Heydər Əliyev Mərkəzinin binası qarşısında məşəl estafeti – FOTO

Bakı 2015 Birinci Avropa Oyunlarının məşəl estafeti bu gün davam edib. Məşəl UNESCO-nun Mədəni İrs siyahısına daxil olan qədim İçərişəhərdən sonra Heydər Əliyev Mərkəzinin binasının qarşısına gətirilib.

Publika.az xəbər verir ki, Oyunların məşəlini Azərbaycanın məşhur heykəltəraşı və xalq rəssamı Ömər Eldarov qəbul edib.

Ö.Eldarov jurnalistlərə məşəli qəbul etməsindən çox sevindiyini söyləyib. O, həyatında ilk dəfə məşəl daşıdığını qeyd edib: “Mənim yaşım kifayət qədər çoxdur, 87 yaşım var. Həyatımda ilk dəfədir məşəl qəbul edirəm. Bu, mənim tərcümeyi-halım üçün çox əhəmiyyətlidir”.

Azərbaycanlı heykəltəraş I Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün olduqca böyük tarixi hadisə olduğunu da deyib: “Məşəli qəbul edən şəxslər - biz hamımız sevinc icindəyik. Bu, bizim əhvalımızı yüksəldir. Narahat idim ki, birdən nəfəs almağım çətinləşər, yaxud xəstələnərəm. Amma hər şey gözəl oldu. Mən məşəli öz yolum üzrə apardım və onu növbəti şəxsə təhvil verdım. Mən bunu yerinə yetirdim və bununla fəxr edirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm