Taekvondoçularımız Atletlər kəndinə yola salındı – FOTOLAR
Bizi izləyin

Bakı 2015

Taekvondoçularımız Atletlər kəndinə yola salındı – FOTOLAR

Taekvondo yığmamız Avropa Oyunlarına hazırlığını başa vurub.

Publika.az xəbər verir ki, yarışda iştirak edəcək komandamızın Atletlər kəndinə yola salınması üçün bu gün Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin iştirakı ilə görüş keçirilib.

Tədbirdə federasiyanın vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və baş katib Həmid Məmmədov millimizə böyük ümidlər bəslədiklərini bildirərək, yarışlarda uğurlar arzulayıblar.

Qeyd edək ki, iyunun 16-19-da “Kristall Hall”da keçiriləcək taekvondo yarışlarında 128 idmançı 8 çəki üzrə gücünü yoxlayacaq. 4 gün davam edəcək mübarizədə ölkəmizin idman şərəfini Məhəmməd Məmmədov (58 kq), Ayxan Tağızadə (68 kq), Milad Beiqi Harçeqani (80 kq) və Radik İsayev (+80 kq), Patimat Abakarova (49 kq), Günay Ağakişiyeva (57 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyeva (+67 kq) qoruyacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm