Vahid Əhmədov: “İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi olduqca zəruridir”
Bizi izləyin

Bakı 2015

Vahid Əhmədov: “İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi olduqca zəruridir”

“Avropa qitəsinin ilk oyunlarının Azərbaycanda keçirilməsini müsbət qiymətləndirirəm”.

Bunu Publika.az-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, sabah ölkəmizdə start veriləcək ilk Avropa Oyunlarının möhtəşəm idman tədbiri olacaq: “Bu beynəlxalq tədbirin iqtisadi tərəfləri ilə bağlı mənə çoxlu suallar ünvanlanır. Bilirsiniz, hər şeyi iqtisadi məsələlərlə bağlamaq düzgün deyil. Dövləti qorumaq, saxlamaq, onun nüfuzunu gücləndirmək, təbliğatını qurmaq üçün bəzi vaxtlarda müəyyən güzəştlərə də getmək lazımdır.

Bizim problemimiz heç də o deyil ki, ölkəmizi tanımırlar. İqtisadiyyatımız inkişaf edir. İlk Avropa Oyunlarının keçirilməsi bizim üçün olduqca zəruridir. Bu tədbirə Qərb ölkələrindən 6 mindən artıq idmançı gələcək. Onlarla dövlətin ölkə və hökumət başçıları bu idman bayramında iştirak edəcək. Avropadan xeyli sayta turist artıq ölkəmizdədir. Onlar bizim yaşayış tərzimizlə tanış olacaq, şəhərlərimizi gəzəcək, milli mətbəzimizə bələd olacaqlar. Respublikamızda gördüklərini gedib öz ölkələrində danışacaqlar”.

Milli Məclisin deputatı Avropa qitəsində respublikamıza qarşı ikili standartların mövcud olduğunu vurğulayaraq, bunu bəzi dairələrin və dövlətlərin Azərbaycanın sosial-iqtisadi inkişafına qısqanclıqla yanaşması ilə əlaqələndirdi: “Bəziləri bizim sosial-iqtisadi inkişafımızı görmək istəmir. Biz müstəqil, özü də güclü dövlət qurmuşuq. Avropa Oyunlarının indiki məqamda ölkəmizdə keçirilməsi digər məsələlərin həlli üçün də vacibdir. Unutmaq olmaz ki, bizim Qarabağ kimi problemimiz var. Təəssüf ki, vasitəçilər bu problemi həll etmək istəmirlər. Dünyada ikili standartlar mövcuddur. Bəzi qüvvələr Azərbaycanın sürətli tərəqqisini həzm edə bilmirlər. Məhz bu və digər faktorları nəzərə aldıqda ilk Avropa Oyunlarının ölkəmizdə təşkilinin necə zəruri olması bir daha aydın olur. Bu oyunların iqtisadi tərəfləri ilə yanaşı siyasi tərəfləri də var. Mən bu oyunları yaxından izləyəcəm”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm