Velosipedçi: “Avropa Oyunlarının məsuliyyətini dərk edirəm”
Bizi izləyin

Bakı 2015

Velosipedçi: “Avropa Oyunlarının məsuliyyətini dərk edirəm”

Şose velosipedi üzrə Avropa Oyunlarında Azərbaycanı xanımlar arasında 2 idmançı təmsil edəcək. Həmin idmançılardan biri də Ülfət Nəzərlidir.

Publika.az-a açıqlamasında Ü.Nəzərli Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə görə qürur hissi keçirdiyini dilə gətirib:

“Qürurverici hissdir ki, ilk Avropa Oyunları məhz bizim ölkəmizdə keçiriləcək. Əlbəttə, həyəcan var. Amma bu turnirin məsuliyyətini çox yaxşı dərk edirəm.

İyunun 12-dən Azərbaycanda möhtəşəm idman bayramı olacaq.

Mən də bu mötəbər turnirdə iştirak edəcəyim üçün sevinirəm. Oyunlarda iştirak etmək üçün Azərbaycana Avropanın kifayət qədər güclü velosipedçiləri gələcəklər. Rəqiblər arasında Olimpiya və dünya çempionları da var. Amma mən də əlimdən gələni edəcəyim ki, Oyunlarda yaxşı nəticə qazanım”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm