Avropa Oyunlarının ilk çempionu danışdı: “Möhtəşəm yarışdı”
Bizi izləyin

Bakı 2015

Avropa Oyunlarının ilk çempionu danışdı: “Möhtəşəm yarışdı”

Bakı 2015 I Avropa Oyunlarının ilk qızıl medalının sahibi İsveçrə velosipedçisi Yolanda Neff oldu.

Publika.az xəbər verir ki, yarışın tarixinə düşən 22 yaşlı idmançı çempionluğunu belə şərh edib:

“Avropa Oyunlarının ilk qalibi olduğum üçün qeyri-adi hisslər keçirirəm. Komanda yoldaşım Katrin Stirnemannın 2-ci yeri tutmasına da sevindim. Bu da çox əla oldu. 3-cü olan polşalı Maya Vloçovska da yaxın rəfiqəmdir. Bakıda keçirilən Avropa Oyunları möhtəşəm yarışdır”.

Bakı 2015-in ilk mükafatçıları sırasına gümüş medalla düşən Katrin də sevincini gizlətməyib:

“Möhtəşəm hisslər keçirirəm. İlk “üçlüy”ə düşəcəyimi heç gözləmirdim. Son bir neçə həftədə xəstə olduğumdan ciddi uğura ümid etmirdim. Amma yarışın belə yaxşı nəticələnməsi ideal oldu”.

Xatırladaq ki, Neff dağ velosipedi idmanında bütün rəqiblərini arxada qoyub, çempion tituluna yiyələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm