Bakı 2015: Qadınların stolüstü tennis yarışını Almaniya qazandı (YENİLƏNİB)
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Qadınların stolüstü tennis yarışını Almaniya qazandı (YENİLƏNİB)

Bu gün Bakıda keçirilən ilk Avropa Oyunlarında qadınlar arasında stolüstü tennis üzrə komanda yarışları başa çatıb.

Publika.az xəbər verir ki, final görüşündə Almaniya və Niderland tennisçiləri qarşılaşıblar. Gərgin keçən oyunda almanlar qalib gələrək qızıl medala sahib olublar - 3:2.

Bürünc medal uğrunda qarşılaşmada isə Çexiya Ukraynanı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.

13:28

Bakı İdman Zalında Avropa Oyunları çərçivəsində stolüstü tennis üzrə final gürüşü start götürüb.

Publika.az xəbər verir ki, həlledici qarşılaşmada Almaniya Niderlandla qızıl medal uğrunda mübarizə aparır. Birinci görüş Almaniya təmsilçisi Han Ying və hollandiyalı Li Jiao arasında keçirilir.

12:12

İveta Vaçenovska ukraynalı Qanna Qaponovanı 3:0 hesabı ilə məğlub etdi.

Beləliklə, ümumi hesabda 3:1 hesabı ilə qalib gələn Çex Respublikası Avropa Oyunlarının bürünc mükafatını qazandı.

10:59

Bakı İdman Zalında Birinci Avropa Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışlarının final mərhələsi oynanılır.

Publika.az xəbər verir ki, hazırda komanda yarışlarında Çexiya və Ukrayna bürünc medal uğrunda mübarizə aparır.

Həlledici oyunda Çexiyanı təmsil edən Hana Matelova, Renata Stribkova cütlüyü ukraynalı Qana Qaponoya və Tetyana Bilenko ilə qarşılaşır. Hələ ki, hesab 1:1-dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm