Atıcılıq: İspan idmançı qızıl medalı qazandı - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Atıcılıq: İspan idmançı qızıl medalı qazandı - YENİLƏNİR

I Avropa Oyunları çərçivəsində qadnlar üzrə səngər stendi yarışlarının qalibi məlum olub.

Publika.az xəbər verir ki, finalda İspaniya idmançısı Fatima Qalvez san-marinolu Arianna Perilli ilə qarşılaşıb.

Atışları daha sərrast olan ispan idmançı Avropa Oyunlarının baş medalına sahib olub.

16:53

I Avropa Oyunları çərçivəsində keçirilən atıcılıq yarışlarının bürünc medalçısı məlum olub.

Publika.az məlumat verir ki, 3-cü yer uğrunda rusiyalı xanım idmançılar yarışıb. Daha dəqiq olan Elena Tkaç qadınlar arsında səngər stendi yarışlarının bürünc medalını qazanıb.

Cəmi 47 xal toplayan idmançımız 20 iştirakçı arasında sonuncu yeri tutub. Yarımfinala yüksələ bilməyən atıcımız çıxışını başa vurub.

Kişilərin səngər stendi yarışlarında isə 1-ci təsnifat mərhələsi baş tutub. Bu yarışda ölkəmizi Elvin İsmayılov və Əlimirzə Quliyev təmsil edib. Sonuncu 69 xalla 27-ci pillədə qərarlaşıb. İsmayılov isə 68 xalla 31-ci yerdədi. Təmsilçilərimiz sabah 2-ci təsnifat mərhələsində də qüvvəsini sınayacaq.

16:40

I Avropa Oyunları çərçivəsində keçirilən atıcılıq yarışlarında qadın finalçıların adı bəlli olub.

Publika.az xəbər verir ki, atıcılığın stend növündə ispan idmançı Fatima Qalvez rəqiblərindən daha sərrast opub. O, 15 atışdan 14-ündə dəqiq olub.

İkinci yeri isə San Marino idmançısı Arianna Perilli tutub.

Hazırda bürünc medal üçün yarışlar davam edir.

15:15

Bakı 2015 Birinci Avropa Oyunlarının atıcılıq idman növünün qadınlar arasında 10 metrdən hava tüfəngi ilə atəşaçma yarışının qalibi serbiyalı Andera Arsoviç olub.

Səkkiz ölkədən idmançıların mübarizə apardığı finalda A.Arsoviç 207.8 xal qazanaraq qızıl medala yiyələnməklə gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

Yarışda gümüş medala isveçrəli Sara Hornonq, bürünc medala isə almaniyalı idmançı Barbara Enqleder sahib çıxıb.

Sonra qaliblərin mükafatlandırma mərasimi olub. Qaliblərə medalları Avropa Atıcılıq Konfederasiyasının vitse-prezidenti Pekka Kusisto təqdim edib.

Andera Arsoviç 2010-cu ildə Avropa çempionatının qalibi və 2013-cü ildə dünya kubokunun sahibi olub. Bundan başqa o, “London-2012”də iştirak edib.

12:15

Bakıda I Avropa Oyunları çərçivəsində 10 metrdən hava tüfəngi ilə atıcılıq yarışlarında Belarus təmsilçisi Vitali Bubnoviç 206,6 xal ilə qızıl medal qazanıb.

Final mərhələsində V.Bubnoviç italiyalı Olimpiya çempionu Nikolo Kamprianini 0,2 xal ilə qabaqlayıb.

Bürünc medalın sahibi isə 185,5 xal nəticə göstərən İsrail idmançısı Sergey Rixterdir.

Xatırladaq ki, yarışın nəticələrinə əsasən, İsrail atıcısı 2016-cı il Rio Olimpiadasında iştirak etmək lisenziyası qazanıb.

09:54

İlk Avropa Oyunlarında atıcılıq yarışına start verilib.

Trend-in məlumatına görə, ilk yarış günündə 3 dəst medal sahibini tapacaq.

Azərbaycan atıcılıq yarışında 3 idmançı ilə təmsil olunacaq. Onlar Əlimirzə Quliyev, Elvin İsmayılov və Alina Rəfixanovadır. Kişi atıcılar saat 10:30-da, A.Rəfixanova isə 11:25-də mübarizəyə qoşulacaq. Yarışlar Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

Atıcılıq üzrə yarışlara iyunun 22-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm