Stolüstü tennis üzrə kişilər və qadınlar arasında fərdi yarışların birinci dövrəsinə yekun vurulub
Bizi izləyin

Bakı 2015

Stolüstü tennis üzrə kişilər və qadınlar arasında fərdi yarışların birinci dövrəsinə yekun vurulub

İyunun 16-da stolüstü tennis üzrə kişilər və qadınlar arasında fərdi yarışların birinci dövrəsinə yekun vurulub.

Növbəti mərhələyə çıxmaq uğrunda Azərbaycan, Polşa, Serbiya, Litva, Böyük Britaniya, Rumıniya, Slovakiya, İsveç, Çexiya, Kipr, Xorvatiya, Belarus, Lüksemburq, Belçika, Bolqarıstan, Sloveniya, Fransa, San-Marino, İspaniya, Rusiya, İsveçrə, Macarıstan və Portuqaliya tennisçiləri mübarizə aparıblar. Ölkəmizi bu yarışlarda Rüfət Quliyeva və Məryəm İmanova təmsil ediblər. Lakin hər iki idmançımız müvafiq olaraq rumıniyalı Zoks Bernadetə və Qalya Dvoraka - 0:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.

Qarşılaşmalardan sonra yarışın ikinci mərhələsində mübarizə aparacaq cütlüklər müəyyən olunub.

Kişilərin fərdi yarışında isə Azərbaycan, Polşa, Yunanıstan, Belçika, İtaliya, İspaniya, Sloveniya, Ukrayna, Macarıstan, Latviya, Türkiyə, Slovakiya, İsveç, Belarus, Çexiya, Rusiya, Danimarka, Finlandiya, Xorvatiya, Bosniya və Herseqovina və Serbiya tennisçiləri medallar uğrunda mübarizəyə qoşulublar.

Azərbaycan təmsilçiləri - Ramil Cəfərov və Fərhad İsmayılov eyni hesabla məğlub olublar - 0:4.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm