Bakı 2015: Davaya görə iki idmançı diskvalifikasiya olundu - YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

Bakı 2015: Davaya görə iki idmançı diskvalifikasiya olundu - YENİLƏNİB

Bakı 2015 Birinci Avropa Oyunlarında Heydər Əliyev adına İdman Sarayında keçirilən sərbəst güləş üzrə yarışlarda dava düşüb.

Publika.az Trend-ə istinadən xəbər verir ki, 57 kq çəki dərəcəsində yarımfinal mərhələsində qarşılaşan Gürcüstan təmsilçisi Vladimir Xvinçeqaşvili və Belarus təmsilçisi Vladislav Andereyev arasında dava düşüb. Görüşün ortasında bir-birinə kəllə və yumruq atan idmançıları hakim və məşqçilər ayırıblar.

Bundan sonra mübarizə saxlanılıb. Münsiflərin qərarı ilə hər iki idmançı diskvalifikasiya edilərək yarışlardan uzaqlaşdırılıblar. Hər iki tərəfin etirazlarına baxmayaraq, onların etirazı qəbul edilməyib və güləşçilər zalı tərk etməyə məcbur olublar.

Hakimlərin qərarına əsasən, hər iki idmançı diskvalifikasiyaya məruz qalıb və onların 1/4 finalda məğlub etdikləri güləşçilər - Marsel Evatla (Almaniya) İslam İslamay (Albaniya) yarımfinal görüşünə çıxıblar.

Burada qalib gələn idmançı rusiyalı Lebedevlə qızıl medal uğrunda üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm