Qızıl medal alan güləşçimizin telefonu dondu - FOTOLAR
Bizi izləyin

Bakı 2015

Qızıl medal alan güləşçimizin telefonu dondu - FOTOLAR

İlk Avropa Oyunlarında Azərbaycana qızıl medal sevinci yaşadan güləşçimiz Ayxan Mamayev “Əsl şou” verilişində qonaq olub. Verilişdə idmançı ona gələn təbrik mesajlarından telefonunun donduğunu bildirib.

“Yarışa çıxmamışdan əvvəl telefonumu çantama qoymuşdum. Sonra da getdim istirahət otağına dincəlməyə. Qalib gələndən sonra telefonumu götürdüm ki, telefonum artıq sönüb. Səhəri gün telefonumu yandıranda o qədər mesaj gəldi ki, telefonum dondu. Bircə onu bilirəm ki, “whatsapp”a 385 mesaj gəlmişdi. Sosial şəbəkələrdəki hesablarım dağılırdı. Bu diqqətə görə təşəkkürlər! Fürsətdən istifadə edib, cavab yaza bilmədiyim insanlara təşəkkür edirəm. Onlara bildirmək istəyirəm ki, bu günlər səhər tezdən axşama kimi çəkilişlərdəyik. Dünən 6-ya kimi çəkilişdə olmuşuq. Səhər saat 9-da evdən çıxmışam axşam 11-də evə girmişəm. Elə başa düşməsinlər ki, əvvəl danışdığım adamlara indi cavab vermirəm. Ara sakitləşən kimi hər birinə yığıb təşəkkürümü bildirəcəyəm”.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Elgün Camal və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm