Gimnastımız gümüş medal qazandı - YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

Gimnastımız gümüş medal qazandı - YENİLƏNİB

Kişilərin yarışında çıxış edən Oleq Stepko Avropa Oyunlarını mükafatla başa vurub. Təsnifat mərhələsini 3-cü pillədə başa vuran idmançımız finalda daha yüksək – 2-ci yerə layiq görülüb.

17:35

Bu gün Bakı 2015 I Avropa Oyunlarının idman gimnastikası yarışlarında daha iki dəst medalın sahibi müəyyənləşəcək.

Publika.az xəbər verir ki, kişi və qadın gimnastlar fərdi çoxnövçülükdə ən güclüləri müəyyənləşdirəcək.

İyunun 14-15-də keçirilən təsnifat mərhələsində uğur qazanan gimnastlar yenidən qüvvələrini sınayacaq.

Həlledici mərhələdə Azərbaycan gimnastları da çıxış edəcək. Kişilərin yarışında Oleq Stepko mükafatlar uğrunda mübarizə aparacaq. Təsnifat mərhələsini 3-cü pillədə başa vuran idmançımız komanda yarışlarında qazandığı bürünc medala daha bir mükafat əlavə etməyə çalışacaq.

Qadınların çoxnövçülük yarışında isə Marina Nekrasova çıxış edəcək. Təsnifat mərhələsində 34-cü olmasına baxmayaraq, gimnastımız yenidən Avropanın ən güclüləri ilə mübarizə aparacaq.

Qeyd edək ki, hər iki idmançımız komanda yarışlarında da çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm