Atıcılıq: Kişilər arasında qoşa səngər stendinin qalibləri müəyyənləşdi - YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

Atıcılıq: Kişilər arasında qoşa səngər stendinin qalibləri müəyyənləşdi - YENİLƏNİB

Bu gün Bakı-2105 Avropa Oyunları çərçivəsində kişilər arasında qoşa səngər stendi yarışında qaliblər müəyyənləşib.

Yarışların yekunu üzrə rusiyalı Vitali Fokeyev birinci, macarıstanlı Riçard Boqnar ikinci, italiyalı Antonino Barilya isə üçüncü olub.

14:16

I Avropa Oyunları çərçivəsində qadınlar arasında 50 metrdən 3 vəziyyətdə tüfənglə atəş üzrə yarışlar başa çatıb.

Yarışlarda qızıl medalı 464,7 bal toplayan italiyalı Petra Zublasinq qazanıb.

454,6 bal toplamış fransalı Loren Briz ikinci, aktivində 443,2 bal olan avstriyalı Olivya Hoffman isə üçüncü olub.

13:11

Qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 vəziyyətdə atəşaçma yarışlarının təsnifat mərhələsi başa çatıb.

Təsnifat mərhələsinin nəticələrinə görə İtaliya, Serbiya, İsveçrə, Fransa, Avstriya, Böyük Britaniya, Almaniya və Ukrayna idmançıları növbəti mərhələyə keçib.

11:49

Komandamızın ən təcrübəli üzvü İradə Aşumova 25 metr məsafədən tapança ilə atəş açmaqda təsnifat mərhələsinin sərrast hissəsində qüvvəsini sınayıb. 286 xal toplayan snayperimiz 29 iştirakçı arasında 17-ci olub. Təmsilçimiz lider olan avstriyalı Silviya Şteynerdən 9 xal geri qalıb.

Aşumova sabah təsnifat mərhələsinin sürətli atəş hissəsində də çıxış edəcək. Saat 10:00-da başlayacaq yarışdan sonra yarımfinalçılar müəyyənləşəcək.

10:59

Bakı 2015 Avropa Oyunları çərçivəsində atıcılıq yarışları davam edir.

Publika.az xəbər verir ki, yarışlarda 2 dəst medal oyanılacaq. Kişilər qoşa səngər stendi üzrə, qadınlar isə 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş üzrə mübarizə aparacaq.

Bu gün Azərbaycan idmançılarından yalnız biri hədəf önünə keçəcək. Komandamızın ən təcrübəli üzvü İradə Aşumova 25 metr məsafədən hədəfə düşməyə çalışacaq. O, saat 09:00-da start götürəcək təsnifat mərhələsinin sərrast hissəsində uğur qazanmalıdı.

10 metrdən atəş açmaqda uğursuz çıxış edən olimpiya mükafatçımız daha güclü olduğu məsafədə çıxış edəcək. 2-ci qrupda qüvvəsini sınayacaq idmançımız 30-cu atəş xəttində qüvvəsini sınayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm