Batut gimnastikası: Millimizin finala xalı çatmadı – VİDEO/YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

Batut gimnastikası: Millimizin finala xalı çatmadı – VİDEO/YENİLƏNİB

Batut gimnastikasında yarışlar sona çatıb. Qadınlar arasında sinxron hərəkətlər üzrə millimiz ümumilikdə 43,800 xal toplayıb. Bu nəticə ilə komandamız finala vəsiqəni təmin edə bilməyib.

20:13

Milli Gimnastika Arenasında qadınların batut gimanstikası üzrə sinxronlaşdırılmış təsnifat mərhələsi başa çatıb. Yüksək səviyyədə çıxış edən həmyerlilərimiz Svetlana Makştarova və Sabina Zaitseva hakimlər tərəfindən 38,900 xalla qiymətləndirilib. Bu göstərici ilə komandamız 5-cü pillədə qərarlaşıb.

Milli Gimnastika Arenasında kişilərin batut gimanstikası üzrə sinxronlaşdırılmış təsnifat mərhələsi də başa çatıb. İlya Qrişunin və Oleq Piunovdan ibarət qrup 36,000 xal toplayaraq 11 komanda arasında sonuncu yeri tutub.

19:36

Gimnastlarımızdan möhtəşəm göstəri – Canlı Milli Gimnastika Arenasında kişi və qadınların batut gimanstikası üzrə sinxronlaşdırılmış təsnifat mərhələsi davam edir.

Publika.az xəbər verir ki, həmyerlilərimiz Svetlana Makştarova və Sabina Zaitseva çıxış edib. Ikinci sırada meydana çıxan idmançılarımız 38,900 xal toplayaraq cədvəldə liderliyi ələ alıb. Yarışlar davam edir.

18:53

Bu gün I Avropa Oyunları çərçivəsində növbəti yarışlar keçirilir.

Publika.az xəbər verir ki, Milli Gimnastika Arenasında kişi və qadınların batut gimnastikası üzrə sinxronlaşdırılmış təsnifat mərhələsinə start veriləcək.

Hər iki qrup üzrə həmyerlilərimiz yarışacaq. Kişilərin yarışında İlya Qrişun və Oleq Piunov, qadınların yarışında isə Svetlana Makştarova və Sabina Zaytseva mübarizə aparacaq.

Qadınların yarışında 10, kişilərin yarışında isə 11 cütlük meydana çıxacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm