3X3 Basketbol: Qadınlarımız məğlub oldu - YENİLƏNİB
Bizi izləyin

Bakı 2015

3X3 Basketbol: Qadınlarımız məğlub oldu - YENİLƏNİB

Görüşdə Yunanıstan yığması İtaliyanın kişi basketbolçularını 11:9 hesabı ilə məğlubiyyətə uğradıb.

Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol komandası qrupdakı ikinci oyununda İsveçrə kollektivinə 17:9 hesabı ilə qalib gəlib.

Qadınların yarışında isə “C” qrupunda Sloveniya Slovakiyanı 15:9, “D” qrupunda isə Litva İsraili 18:9 hesabı ilə məğlub edib.

Hazırda günün sonuncu qarşılaşması oynanılır. Günə İtaliyanın və Yunanıstanın kişi basketbolçularının görüşü ilə yekun vurulacaq.

20:41

Kişilərdən ibarət 3X3 basketbolçularımız çexləri məğlub etdi.

Azərbaycan – Çexiya - 17:14

17:35

Bu gün Bakı 2015 I Avropa Oyunlarında daha bir idman növünə start veriləcək.

Publika.az xəbər verir ki, qadın və kişilərdən ibarət yığma komandalar arasında basketbolun 3X3 növündə qrup oyunları başlayacaq.

Azərbaycanın kişilərdən ibarət komandası D qrupunda mübarizə aparacaq. Komandamız bu gün iki oyun keçirəcək. Öncə 19:55-də Çexiya ilə qarşılaşacaq millimiz 21:35-də İsveçrə önünə çıxacaq.

Qadın basketbolçularımız isə A qrupunda yer alır. Qadınlar günü 1 oyunla yekunlaşdıracaqlar. Yığmamız saat 17:10-da İsveçrə ilə üz-üzə gələcək.

Qeyd edək ki, həm kişilərin, həm də qadınların yarışında 16 komanda 4 qrupda mübarizə aparacaq. Bu gün və sabah keçiriləcək oyunlarla qrup mərhələsinə yekun vurulacaq.

3X3 basketbol

23 iyun

Kişilər

A qrupu

Sloveniya – İsrail 16:7

17:35 Litva – Rumıniya

20:45 İsrail – Litva

B qrupu

Rusiya – Belçika 21:12

17:35 Türkiyə – İspaniya

20:45 Belçika – Türkiyə

C qrupu

Estoniya – Yunanıstan 16:19

19:55 İtaliya – Serbiya

21:35 Yunanıstan – İtaliya

D qrupu

Andorra – İsveçrə 16:10

19:55 Azərbaycan – Çexiya

21:35 İsveçrə – Azərbaycan

Qadınlar

A qrupu

Hollandiya – Yunanıstan 8:13

İsveçrə – Azərbaycan 15:11

20:20 Yunanıstan – İsveçrə

B qrupu

Çexiya – Ukrayna 11:15

Türkiyə – Belçika 9:19

20:20 Ukrayna – Türkiyə

C qrupu

İspaniya – Slovakiya 14:6

19:30 İrlandiya – Sloveniya

21:10 Slovakiya – Sloveniya

D qrupu

Rumıniya – Litva 12:14

19:30 İsrail – Rusiya

21:10 Litva – İsrail

Oxumağa davam et
Reklam
Reklam

Gündəm