Bakı 2015
Rafiq Hüseynov: “Avropa Oyunları xatirələrimizdə dərin izlər buraxdı”
Avropa Oyunlarında yunan-Roma güləşində mübarizə aparan Rafiq Hüseynov (80 kq) final qarşılaşmasında Rusiya güləşçisinə məğlub olaraq, 2-ci yerin sahibi oldu. Finaladək isə güləşçimiz bütün rəqibləri üzərində vaxtından əvvəl tam qələbə qazanmışdı.
Güləşçimiz Publika.az-a açıqlamasında Avropa Oyunlarının onlar üçün əhəmiyyətindən danışıb:
“Avropa Oyunları Azərbaycanın təşkilatçılıq bacarığının necə yüksək səviyyədə olduğunu, bu cür yarışları keçirə bilmək gücümüzü dünyaya sübut etdi. Bu oyunların bizim üçün əhəmiyyəti böyükdür, xatirələrimizdə dərin izlər buraxdı. İdmançılar burada böyük ruh yüksəkliyi qazandılar. Düzdür, qızıl medal qazana bilmədim, amma gümüş medal qazandığım üçün də çox sevinirəm. Hətta deyərdim ki, çox xoşbəxtəm. Bundan sonra bizi qarşıda dünya çempionatı gözləyir. Bilirsiniz ki, bu da lisenziya xarakterli yarışdır”.
Qeyd edək ki, prezident İlham Əliyev güləşçi Rafiq Hüseynovu da “Tərəqqi” medalı ilə təltif edib.
Aygün İlqarqızı
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ