Bilgi.az
Ən qəşəng adanın adı məlum olub
"Travel+Leisure" səyahət jurnalı amerikalı oxucular arasında sorğu apararaq ən gözəl adanı seçib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünya adaları arasında turistlər üçün maraqlı və əyləncəli ada Ekvadora məxsus Qalapaqos adası seçilib.
Ən gözəl adalar siyahısına İndoneziyanın Bali və Maldiv Respublikasının adaları da daxil olub. Onların ardınca isə Avstraliyanın Tasmaniya və Yunanıstanın Santorini adası gəlir.
Həmin siyahının 6-cı yerində Murea (Fransız Polineziyası), 7-ci və 8-ci yerlərdə Havaya məxsus Maui və Kauai adaları da daxil olub. 9-cu yerdə Böyük Sədd rifi (Avstraliya), reytinqin 10-cu yerində isə Malta Respublikası qərarlaşıb.
Verilən məlumata görə, Qalapaqos turistləri flora və fauna, həmçinin məşhur nəhəng tısbağaları ilə diqqət çəkir. Həmçinin bu adada Çarlz Darvin öz tədqiqatlarını davam etdirib. Məhz burada aparılan tədqiqatlar onun təkamül nəzəriyyəsinin əsasını qoyub.
Qalapaqos adaları Ekvador dövlətinə məxsusdur və arxipelaqda 25 mindən çox insan yaşayır. Oradakı illik temperatur 25 dərəcədir.
Nura
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq