Alimlər qəhvənin insana enerji verməsi fikrini təkzib ediblər
Bizi izləyin

Bilgi.az

Alimlər qəhvənin insana enerji verməsi fikrini təkzib ediblər

Çoxlarımız hər səhər bir fincan ətirli tünd kofe içirik. Belə hesab edirik ki, tərkibində kofein olan içkilər bizi daha gümrah edir. Lakin Britaniya alimləri kofeinin insana gümrahlıq və enerji verməsi fikrini təkzib ediblər.

Mütəxəssislərin araşdırmasında 400 könüllü iştirak edib. Onları iki qrupa bölüblər. İştirakçıların bir qismi kofedən, digərləri isə ona bənzər əvəzedici içkidən istifadə ediblər. Araşdırmanın sonunda alimlər könüllülər arasında rəy sorğusu keçiriblər.

Məlum olub ki, kofe bu içkiyə hələ öyrəşməmiş və onu hər gün içməyən iştirakçılara gümrahlıq və enerji verib. Qalan hallarda heç bir effekt olmayıb.

Bundan başqa, eksperiment iştirakçıları sevimli içkidən istifadə etdikdən sonra onların iş qabiliyyəti və diqqəti artmayıb. Mütəxəssislərin sözlərinə görə, əslində kofe yalnız yorğunluq simptomlarını azaldır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm