Bilgi.az
Şokolad ustası Bakıda master-klass keçəcək - FOTOLAR
Sentyabrın 5-6-da Bakıdakı Muzey Mərkəzinin binasında tanınmış şokolad ustası Nikolya tərəfindən eksklüziv master-klass təşkil olunacaq.
Publika.az xəbər verir ki, müəllif şokolad möcüzələri yaradaraq master-klass seriyaları təqdim edəcək. Muzey arzu edənləri ustad dərslərində iştiraka dəvət edir. Dərsləri müəllif, eyni zamanda "Nikolya" Şokolad Muzeyinin yaradıcısı, tanınmış şokolad ustası Nikolay Popov keçirəcək.
Master-klassda iştirak edən hər bir şəxs öz əli ilə unikal şokolad - marzipan açıqçalar düzəldə və özləri ilə götürə biləcəklər. Master-klass zamanı iştirakçılar şokoladdan hazırlanan əl işlərinin müəllifi olacaq, şokolad və marzipanla işləməyin qaydalarını öyrənəcək.
Qeyd edək ki, dünya ölkələrinin 40-dan artıq şəhərində qonaq olan məşhur "Nikolya" Şokolad Muzeyi mayın 16-dan Bakıdadır.
"Nikolya" Şokolad Muzeyinin sərgisi müxtəlif yaş və statuslu tamaşaçıları cəlb edir. Dünya turu zamanı 5 il ərzində sərgini 500 mindən artıq tamaşaçı ziyarət edib. Hər bir ziyarətçi üçün şokoladın pulsuz dequstasiyası təşkil olunub.
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI