Bilgi.az
Bermud üçbucağı haqqında elmi ARAŞDIRMA
Sirr və müəmma dolu proseslərin bir çoxu texnologiyanın inkişafına baxmayaraq, hələ də elm adamlarına qaranlıq qalır.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, illərdir araşdırılan Bermud üçbucağının sirri elm adamları tərəfindən çözülüb.
Atlantik okeanda yerləşən və "Şeytan üçbucağı" kimi də tanınan Bermud gəmilərin, təyyarələrin qeyb olduğu bir nöqtədir. Həmin nöqtədə bu günə qədər təxminən 1000-ə yaxın təyyarə, gəmi və insan yox çıxıb. "Bermud"la bağlı ən diqqətçəkən hadisə isə 1945-ci ildə yaşanıb. Bu ildə Floridadan havaya qalxan 5 döyüş təyyarəsinin pilotlarının Bermuda yaxınlaşdıqları vaxtda son sözləri eşidilib: "Harada olduğumuzu bilmirik. Çox güman ki, itdik".
Təcili olaraq havaya qalxan yardım qrupu təyyarələri itən 5 döyüş təyyarəsindən heç bir xəbər gətirə bilməyib. Yardım üçün havaya qalxan təyyarələrdən biri isə içindəki 13 nəfərlik heyətlə birlikdə əraziyə yaxınlaşan kimi yoxa çıxıb. Məhz bu hadisədən sonra dünyanın diqqət mərkəzində saxladığı Bermud üçbucağı daha ciddi şəkildə araşdırılıb.
Bir müddət bu nöqtədən keçən obyektlərin yadplanetlilər tərəfindən qaçırıldığı ehtimal edilsə də, yaxın günlərdə alimlər yeni nəzəriyyə irəli sürüb.
Onların fikrincə, Bermud üçbucağı deyilən yerdə maqnit sahəsi və həmin nöqtədə zəngin təbii qaz yatağı mövcuddur. Elm adamlarının gəldiyi qənaətə görə, okeanın altındakı döşəmənin yüksək gərginlikli istiliyindən müxtəlif qazlar əriyərək dəniz səthinə çıxır. Suyun səthində olan qazlar isə vakum təsiri ilə bütün obyektləri okeanın dibinə çəkir. Bundan əlavə, ərazidə mühərriklərin çalışması üçün kifayət qədər oksigenin olmadığı da iddia edilir.
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova