• USD 1,7000 0,00% EUR 2,0012 -0,06%
    • GBP 2,2678 -0,44% RUB 0,0288 +0,35%

Varlanmaq istəyənlər üçün sehrli ayin

  • Bilgi.az
  • 12 Mart 2017 05:22
  • 6 537 Baxış
Varlanmaq istəyənlər üçün sehrli ayin

Hər bir insan həyatda çətinliklərlə, maddi problemlərlə üzləşir. Çoxumuz gizli arzularımızı yerinə yetirə bilmək üçün pul yığırıq. Amma nəticə heç də həmişə ürəkaçan olmur. Publika.az bu yazıda oxucuları varlanmağa kömək edən maraqlı ayinlə tanış edəcək.

Pul kisəsi barədə

Pul yığmağa qərara verməzdən öncə onları nəyə sərf edəcəyinizi xəyalən təsəvvür etməyə çalışın. Bu halda gərəkli məbləğ daha tez toplanacaq.

Sizin təvəllüdünüzlə uyğun gələn qəpik və ya əskinas uğur gətirə bilər. Əgər belə pulu tapıb onu evdə saxlasanız, onda siz sərvəti daha tez özünüzə cəlb edəcəksiniz.

Pul kisəsində yalnız pulla bağlı əşyalar olmalıdır: çeklər, plastik kartlar, əskinaz, qəpik. Orada yaxınların və doğmaların şəkillərini saxlamaq böyük səhvdir. Çünki beləliklə siz pul axının qarşısını alır və israfçılığa yol verirsiniz.

"Qara gün" üçün pul yığmaq məsləhət deyil, çünki bu yolla siz özünüzü yoxsulluğa proqramlaşdırırsınız. Ən yaxşısı qənaət etmək və ya pulları qorumaqdır. "Qara gün" üçün pul saxlamaqla siz həm də özünüzü həyatın gözəlliklərindən məhrum etmiş olacaqsınız. Bu halda cazibə qanunu fəaliyyət göstərir. Əgər siz daim "qara gün" haqqında düşünsəniz, onda o, mütləq gələcək, ehtiyaclarınız isə sürətlə çoxalacaq. Əksinə pulu yaxşı hadisələr, xoş nələrsə üçün yığmaq lazımdır. Bu körpənin dünyaya gəlməsi, toy, istirahət və ya səyahət ola bilər. Təsadüfən yerdən tapdığınız puldan da tez qurtulmağa çalışın. Belə bir fikir var ki, onlar xoşbəxtlik gətirmir.

Əgər siz pulunuzu yoxsullara xərcləmək qərarına gəlmisinizsə, bununla siz yalnız öz maddi dolanışığınızı artıracaqsınız.

Sehrli ritual

Bu ritual hamının ürəyincə olacaq: sizin həyatda pula nə dərəcədə əhəmiyyət verdiyiniz vacib deyil. Onu həyata keçirməzdən əvvəl fikrinizi cəmləyin və bütün qəlbinizlə nəticəyə inanın. Mərasimin nəticəsi bundan asılı olacaq. Bu ritual həm qənaətcil, həm də bədxərc insanlar üçün keçərlidir.

Düz 27 ədəd pul götürün. Onlar qəpik və ya müxtəlif əskinaslar ola bilər. Məbləğin ümumilikdə nə qədər olması böyük rol oynamır. Öz mənzilinizdə pulları heç kimin tapa bilməyəcəyi boş bir yerə qoyun. Münasib yeri özünüz seçəcəksiniz: kitab arasına, döşəyin altına və ya güldanın içinə qoymaq olar. Siz bu pulları corabların olduğu dolabda və ya döşəmənin altında da gizlədə bilərsiniz. Yeri müəyyənləşdirdikdən sonra pullardan birini götürün və ucadan deyin: "Uğur üçün mücrü! Pulu qoyuram və xoşbəxt yaşayıram!".

Ertəsi gün mücrüyə daha bir pul qoyun və həmin sözləri təkrar edin. 27 gün ərzində belə etmək lazımdır. Heç bir halda günü buraxmaq olmaz, ritualın qaydalarına ciddi əməl etməyə çalışın. Sehrli mürcü müəyyən pul məbləği toplamağa sizə həmişə kömək edəcək. Bu ritual tilsimli, ecazkar qüvvəyə malikdir, ona görə də, sizin evinizdə hər zaman bolluq və firavanlıq hökm sürəcək.

"Sehrli mücrü"-nün gücü ritualı sizin hansı əhval-ruhiyyə ilə icra etməyinizdən ibarətdir. Uğurlu nəticə üçün beyninizdə dolaşan ağır fikirləri təmizləməlisiniz. Daxili aləmin harmoniyada olması vacibdir. Bu ayin sayəsində maddi baxımdan korluq çəkməyəcək, hansısa xərclər üçün təcili pul lazım olanda ehtiyac içində qalmayacaqsınız, onların yerini isə var-dövlət və sevinc əvəz edəcək.

Tərcümə: Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>