Bilgi.az
Günəş tutulur, Ay alovlanır
Bu gün qeyri-adi Günəş tutulması başlanıb. Ay Yerdən maksimal məsafəyə uzaqlaşıb və Günəşi tam "örtə" bilməyib.
Sonucda təxminən yarım saat əvvəl Yerin təbii peyki olan Ayın ətrafında alov haləsi görünüb.
Milli.Az Space.com-a istinadən bildirir ki, ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyindən (NASA) verilən məlumata görə, Günəş tutulmasının tam göründüyü yeganə yer Antarktikadakı kiçik bölgə olub.
Tutulmanın müəyyən fazalarını Avstraliyada da müşahidə etmək mümkündü.
Günəşin tutulması Bakı vaxtı ilə 13.15-də başa çatacaq.
Günəşin tutulmasını bu ünvanda onlayn izləmək olar.
Bu il ilk Günəş tutulması zamanı Ay Günəşi qismən örtüb və
həlqəvari tutulma başlanıb.
Ay Yerdən maksimal məsafəyə uzaqlaşdığından planetimizin təbii
peykinin Yerdən görünən diametri Günəşlə müqayisədə kiçik olub.
Ayın "alovlanması" və onun ətrafındakı alovlu halənin də səbəbi
budur.
Tutulmanın ən yaxşı göründüyü məkan Antarktikadakı "Uilks torpağı"
adlanan yerdir. Həmin məkan "Vostok", "Dümon d-Yurvil" və "Keysi"
stansiyalarının arasındadır.
Bu ilin oktyabrın 8-də tam Ay tutulması, oktyabrın 23-də isə
Günəşin qismən tutulması müşahidə olunacaq.
Həkimlərin dediklərinə görə, Günəş və ya Ayın tutulduğu günü
emosiyalar nəzarət altında saxlanmalı, ağır fiziki iş
ertələnməlidir.
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ