Bilgi.az
Qubadakı təyyarə-restoranın sorağı Londona gedib çıxdı
Britaniyanın “Daily Mail” qəzeti Azərbaycandakı qeyri-adi restoran barədə reportaj yayıb.
Söhbət Qubanın dağ kəndlərinin birində 43 yaşlı yerli biznesmenin istismardan çıxarılmış “Tu-134B” sərnişin təyyarəsini restorana çevirməsindən gedir.
“Siz bu restoranda yemək yeyərdinizmi? Azərbaycan ümid edir ki, bu qeyri-adi restoran onun turizm baxımından ən görməli yerlərindən birinə çevriləcək” - deyə qəzet yazır.
Virtualaz.org saytının Britaniya nəşrinə istinadən verdiyi xəbərə görə, yazıda bildirilir ki, kənardan baxanda təyyarənin sanki qəza enişi etdiyini düşünmək olar. Lakin əslində təyyarə Azərbaycanın ən çox müştəri cəlb edən restoranlarından biridir.
Təyyarə turistlərə Qubanın gözəl dağ mənzərələrinə tamaşa etməklə yemək yeməyə imkan yaradır. Təyyarənin salonu yaxşı təmir olunub.
Biznesmen Natiq Bəymirzəyev deyir ki, o, həmişə qeyri-adi restoran açmaq istəyib: “Mən bir müddət ətrafda düzənlik ərazi axtardım və axırda Rusiya istehsalı olan bu istismardan çıxarılmış “Tu-134” təyyarəsini almağa qərar verdim. Məncə, bu, əla ideyadır. Təyyarəni restorana çevirmək yeni ideya deyil, ancaq təyyarəni bu cür dağlıq ərazidə qoymaq təcrübəsi əvvəllər olmayıb”.
N.Bəymirzəyev ümid edir ki, onun qeyri-adi restoranını görmək üçün hətta xaricdən də turistlər gələcək.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ