Lavrov Məmmədyarova: “Bizə çay gətirin”
Bizi izləyin

Bilgi.az

Lavrov Məmmədyarova: “Bizə çay gətirin”

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri Azərbaycan üçün geosiyasi baxımdan xeyli isti keçən iyun ayının ən mühüm hadisələrindən biri kimi diqqət mərkəzində qalır.

Vrtualaz.org xəbər verir ki, “İzvestiya” qəzetinin Lavrovu Bakıya səfərdə müşayiət edən əməkdaşı onun görüşlərindən bəzi maraqlı epizodlara, habelə Azərbaycan və Rusiya diplomatik çevrələrindəki qaynaqların şərhlərinə yer verib. Qəzet yazır ki, təcrübəli siyasətçi olan və diplomatik etiketə, eləcə də ümuminsani prinsiplərə riayət edən S.Lavrov Azərbaycan rəhbərləri ilə görüşlərinə başlamazdan əvvəl Fəxri Xiyabanda olub, Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Bundan sonra azərbaycanlı həmkarı Elmar Məmmədyarovla gorüşə tələsib.

Məmmədyarov isə Lavrovu XİN-in binasının girişi qarşısında, küçədə gözləyirdi.

– Mən Sizi qarşılamaq üçün şəxsən çıxmışam,– deyə rusiyalı qonaqla isti görüşən Məmmədyarov bildirib.

Nazirlər yuxarı qalxıblar və əvvəlcə üzbəüz, daha sonra geni tərkibdə müzakirələr aparıblar.

– Nə içəcəksiniz? Çay?– Məmmədyarov Lavrovdan soruşub. Dərhal jurnalistlərə işarə ediblər ki, otağı tərk etmək lazımdır, nazirlər qapalı qapılar arxasında müzakirə aparmalıdır.

– Hə, çay! –Rusiya XİN rəhbəri məmnuniyyətlə bildirib.

– Onda bizə yaxşı çay gətirin! Düz stəkanlarda! – kabinetin xozeyni öz protokol xidmətinə tapşırıq verib.

Görünür, yaxşı çay nazirlərin Yaxın Şərqdəki vəziyyətdən tutmuş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına qədər geniş spektrdə məsələləri müzakirə etməsi üçün əlavə impuls verməli idi.

“Lavrovun gəlişindən bir neçə gün əvvəl Azərbaycanın qonaqpərvərliyini Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo öz üzərində hiss etmişdi” qəzet yazır.

Rusiya XİN-ə yaxın mənbə “İzvestiya”ya bildirib ki, son vaxtlar Avropa Komissiyası Bakı ilə Şərq Tərəfdaşlığı formatında işləri intensivləşdirib. Bundan başqa Avropa Rusiya qazından yaxa qurtarmağa çalışır və bu məqsədlə Türkmənistan qazının Azərbaycandan keçmələ Avropaya nəqlində maraqlıdır.

Azərbaycan Şərq Tərəfdaşlığı proqramında iştirak edir, ancaq bu istiqamətdə işləri dondurub. Bunu isə Azərbaycan XİN-dəki mənbə rusiyalı jurnalistə bildirib. Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi Rusiya ilə əlaqələrin yüksək səviyyədə olmasından və “strateji tərəfdaşlıq” kimi xarakterizə edilməsindən məmnundur. Bakı Aİ ilə münasibətlərdə də belə prinsipə üstünlük verir.

– Assosiasiya haqda müqaviləni biz imzalamadıq, hərçənd ki, onlar təklif edirdilər. Lakin Avropa İttifaqının bizim üçün praktiki əhəmiyyət kəsb edən proqramlarında iştirak edəcəyik. Məsələn, təhsillə bağlı birgə proqramda və öz məhsullarımızı Avropa bazarlarına çıxara bilmək üçün kənd təsərrüfatının modernləşdirlməsində, -deyə XİN-dəki mənbə bildirib.

Məmmədyarovun kontorunun nümayəndəsi adının açıqlanmaması şərti ilə rusiyalı jurnalistlə söhbətini davam etdirərək deyib ki, Azərbaycanda “adında “ittifaq” sözü olan bütün təşkilatlardan” beziblər, istər qərb strukturu olsun, istərsə şərq

Qəzet xatırladır ki, ayın axırında Rusiya baş nazirinin müavini Dmitri Roqozin, daha sonra Dövlət Dumasının spikeri Sergey Narışkin Bakıya gələcəklər. Onlar da Azərbaycanı Avrasiya İttifaqına qoşulmağa inandırmağa çalışacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm