1 dollara ev satılır
Bizi izləyin

Bilgi.az

1 dollara ev satılır

Kanadada 100 il əvvəl dəmiryolu işçiləri üçün inşa edilmiş iki tarixi ev 1 Kanada dollarına satışa çıxarılıb. Fəqət, evin satılması üçün şərt var.

Britaniya Kolumbiysı əyalətindəki Vankuver şəhərinin yaxınlığındakı Frezer Kanyonunda yerləşən kiçik, cəmi 860 sakini olan Boston Bar qəsəbəsində iki ev satışa çıxarılıb.

Qəsəbənin bələdiyyə sədri Lloyd Formanın dediyinə görə, damında çatlar və dəliklər olsa da, evlərin durumu pis deyil.


"Artıq 5 nəfərdən təklif var. Ən yaxşı təklifin sahibinə evləri satacağıq", - Forman deyib.


Evlər ötən əsrdə "Canadian Pasific Railways" dəmiryolu şirkətinin işçiləri üçün tikilmişdi.


"Bu evləri alan insan onları tam bərpa etməli, tikililərin memarlıq üslubuna müdaxilə etməməlidir", - Lloyd Forman şərti açıqlayıb. /Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm