Bilgi.az
Ayı Qubada arılara hücum etdi - Foto
Quba rayonunda fermer Əziz Ələkbərova məxsus şəxsi təsərrüfat ayı hücumuna məruz qalıb.
Hadisə avqustun 2-dən 3-nə keçən gecə Quba – Xınalıq yolunun
52-ci kilometrliyindəki Cek kəndində baş verib. Əziz Ələkbərovun
ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, ayı
təsərrüfatın fəaliyyət göstərdiyi sahəyə girərək burda olan arı
pətəklərini məhv edib.
Təsərrüfatın əməkdaşı Zəfər Əzizov isə hadisənin baş verdiyi gecə
həyətdə hənirti eşitdiyini, amma ayıdan çəkinərək bayıra
çıxmadığını deyib.
Ayının təsərrüfata vurduğu ziyan isə ertəsi gün məlum olub. Belə
ki, təsərrüfatın həyətinə girən ayı burda arı pətəklərini dağıdıb,
20-yə yaxın arı ailəsini məhv edib və 4-5 kq balı yeyərək
ümumilikdə təsərüfata təxminən 500 manata yaxın ziyan vurub.
Şəxsən belə bir ayı hücumuna məruz qalmadığını deyən təsərüfat
rəhbəri Əziz Ələkbərov hücum edən heyvanın ayı olduğundan əmin
olduğunu bildirib. Ə. Ələkbərov fikirlərini, vəhşi heyvanlar
arasında sadəcə ayının bal sevməsi ilə əsaslandırıb.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi