Bilgi.az
Yaponiyanın yeni qadın nazirləri – FOTOLAR
Sentyabrın 3-də Yaponiya hökumətində 5 qadın nazir təyin olunub. Bununla da ölkədə gender bərabərliyi istiqamətində ilkin addım atılıb. Xatırladaq ki, ümumilikdə hökumətdə 18 nazir təmsil olunur.
Baş nazir Şinzo Abe yeni formalaşmış Nazirlər Kabinetinə 5 qadın naziri də əlavə edib.
Publika.az yeni təyin olunmuş yaponiyalı qadın nazirlər haqda qısa məlumatı təqdim edir:
Yuko Obuçi iqtisadiyyat, ticarət və sənaye naziri vəzifəsinə təyin edilib. O, 1973-cü il dekabrın 11-də anadan olub. Obuçi universiteti bitirdikdən sonra ABŞ-ın "TBS" telekanalında işləyib. Onun atası Keizo Obuçi keçmiş baş nazir, babası isə Nümayəndələr Palatasının üzvü olub. 2008-ci ildə Yuko sosial işlər və gender bərabərliyi üzrə nazir olub. Yuko bu vaxta qədər təyin edilmiş ən gənc nazirdir. Bu azmış kimi, o, 2009-cu ildə ilk uşaq dünyaya gətirən nazir kimi tarixə düşüb. Yuko 2000-ci ildə Okinavada keçirilən "Böyük Səkkizlik" qrupunun sammitində ingilis dili tərcüməçisi kimi iştirak etməli idi. Lakin qadın atasının ölümü səbəbindən tədbirdə iştirak edə bilmədi, üstəlik, Londondakı ingilis dili kursunu ataraq vətənə geri döndü.
Sanai Takaçi yeni daxili işlər və rabitə naziri təyin edilib. O, 1961-ci il martın 7-də anadan olub. Yaponiyada təhsilini başa vurduqdan sonra 1987-ci ildə ABŞ-a köçüb. 1989-cu ildə Yaponiyaya qayıtdıqda ABŞ Konqresi haqda öz təcrübələrini qələmə alaraq kitab nəşr edib. 2002-ci ildə iqtisadiyyat, ticarət və sənaye naziri olub.
Midori Matsuşima Yaponiyanın Liberal Demokratik Partiyasının təmsilçisi və Yaponiya Parlamentinin üzvüdür. 1956-cı il iyulun 15-də dünyaya gəlib. Tokio universitetini bitirib. Sentyabrın 3-də ədliyyə naziri vəzifəsinə təyin edilib. Midori üzgüçülük və qaçış üzrə mahir idmançıdır. O, hər zaman işə qırmızı geyimdə gəlməsi ilə diqqət çəkir.
Eriko Yamatani milli ictimai təhlükəsizlik və fəlakətdən qorunma üzrə nazir təyin edilib. O, 1950-ci il sentyabrın 19-da anadan olub. Əsl adı Eriko Oqava olan bu qadın Yaponiyada "Müqəddəs Ürəklər" (yap. "Seishin Joshi Daigaku") universitetini bitirdikdən sonra ABŞ-da mətbuat şirkətində çalışıb. 1985-ci ildə "Sənaye və İqtisadiyyat" qəzetinin redaktoru olub. Bundan sonra o, esseist və televiziya aparıcı olub. 2000-ci ildə Yaponiyanın Demokratik Partiyasının təmsilçisi kimi yapon parlamentinə üzv seçilib. 2002-ci ildə Yeni Mühafizəkar Partiyasına qoşulmaq üçün partiyanı tərk edib. Yamatani məktəb proqramlarında seksin tədris olunması əleyhinədir. O, həmçinin xaricilərə torpaqların satılmasını məhdudlaşdıran qanun layihəsinin tərəfdarı kimi çıxış edir. Yamatani yerli iqtisadiyyatın Cənubi Koreya turistlərinin iştirakı olmadan çiçəklənməsi üçün addımlar atılmasını dəstəkləyir. Qeyd edək ki, cənubi koreyalılar Yaponiyaya məxsus Tsusima adasının 0,007 faizinə sahibdir.
Haruko Arimura qadınların fəal iştirakı və doğum səviyyəsinin aşağı düşməsi üzrə nazir təyin edilib. O, 1971-ci il sentyabrın 21-də anadan olub. Arimura Liberal Demokratik Partiyasının siyasətçisidir. O, həmçinin Yaponiya parlamentinin üzvüdür. Qadın nazir Tokioda təhsil aldıqdan sonra ABŞ-ın Vermont şəhərində magistr dərəcəsinə yiyələnib. Orada olarkən "McDonald’s"da kadrlar şöbəsində çalışıb. Hazırda o, Aoyama Qakuin Universitetində beynəlxalq biznes sahəsi üzrə professor dərəcəsini alıb. Arimura dəmiryol işçisi ilə ailə həyatı qurub.
Nura
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı