Dünyanın ən qəribə mumiyaları – ŞOK FAKTLAR - FOTOLAR 18+
Bizi izləyin

Bilgi.az

Dünyanın ən qəribə mumiyaları – ŞOK FAKTLAR - FOTOLAR 18+

Hər birimiz mumiyalar haqda eşitmişik, ən azı orta məktəbdə oxuyanda Qədim Misirin tarixi haqda dərslərdən bu barədə xəbər tutmuşuq.

Lakin mumiyalar haqda maraqlı hekayələr və əfsanələr təsəvvür etdiyimizdən daha çoxdur. Dünyanın müxtəlif guşələrində tapılan mumiyaların hərəsinin bir hekayəsi var. Bu gün onlardan bəziləri haqda söhbət açacağıq.

Yeva Peron

Argentina prezidenti Xuan Peronun həyat yoldaşı Yeva Peron 1952-ci il, iyulun 26-da vəfat etdi. Zavallı qadın xərçəng xəstəliyindən əziyyət çəkirdi. Dünyasını dəyişərkən cəmi 33 yaşı vardı. Öldükdən sonra onun cəsədini mumiyaladılar ki, dəfn prosesi zamanı yaxşı görünsün.

Dəfndən 3 il sonra hökumətə müxalif olan silahlı birləşmələr cəsədi qəbiristanlıqdan oğurladılar. Sonrakı illər ərzində bu barədə heç bir məlumat olmadı.

Yalnız 15 il sonra həyat yoldaşının cəsədi Xuan Perona qaytarıldı. Prezident artıq ikinci dəfə ailə qurmuşdu. Bir neçə gün keçdikdən sonra Yeva Peron təkrar dəfn olundu.

La Doncella

Bu mumiya – İnk qəbiləsinə məxsus 15 yaşlı qızın cəsədi də Argentinada tapılıb. Güman edilir ki, təxminən 500 il əvvəl o, ink rahibləri tərəfindən allahlara qurban verilib.

Arxeoloqlar mumiyanı 1999-cu ildə, Lyulyalyako vulkanında, dəniz səviyyəsindən 6700 metr hündürlükdə aşkar ediblər. Bu qızla yanaşı, həmin yerdə daha 2 uşaq meyiti aşkarlanıb. Bəzi ekspertlər isə hesab edir ki, qız qurban verilməyib. Sadəcə, xəstə imiş. Ağciyərin iltihabından əziyyət çəkirmiş. Valideynləri onun əziyyət çəkməməsi üçün əllərindən gələni ediblər. Qızın orqanizmində alkoqol tapılıb.

"Nəmlənmiş mumiya"

2011-ci ildə Çili fəhlələri magistral yolunun çəkilişi zamanı əla vəziyyətdə qadın mumiyası tapdılar. Qadın 600 il bundan əvvəl, Min sülaləsinin Çinə hökmranlıq etdiyi zamanda yaşamışdı. Mumiyanın "nəmlənmiş" adı almasının isə səbəbi vardı. Nəmli torpaqda qalmasına rəğmən, o, yaxşı qorunub saxlanmışdı. Dərisi, demək olar ki, zədələnməmişdi. Hətta qaşlarının tükü belə yerində idi.

İşin maraqlı tərəfi odur ki, Çin ərazisində mumiyalanmış cəsədlərə çox nadir halda rast gəlinir. Arxeoloqlar hesab edir ki, nəmli torpaqda oksigen az olduğundan bakteriyalar da olmur. Odur ki, cəsəd təbii surətdə mumiyalaşıb.

"Qraboll adamı"

20-ci əsrin əvvəlində Danimarkadakı torf bataqlıqlarının birində bir neçə yaxşı saxlanılmış cəsəd aşkarlandı. Onlardan birinə arxeoloqlar "Qrabol adamı" adını verdilər. 2000 il əvvəl yaşamış bu adam dünyasını dəyişərkən 30 yaşı vardı. Hesab edilir ki, onu allahlara qurban veriblər. Çünki cəsədin boyun nahiyyəsində dərin, kəsilmiş yara aşkarlanıb. "Qrabol adamı"nın kürən saçları və üz cizgiləri yaxşı qorunub.

III Ramzes

Misir ərazisində tapılan mumiyaların sayı planetin digər nöqtələrinə nisbətən çoxdur. Lakin firon III Ramzesin mumiyası Misirdə tapılan digər mumiyalardan fərqlənir.

Onun cəsədini öyrənən ekspertlər belə qənaətə gəlib ki, firon öz əcəli ilə ölməyib. O, sui-qəsdin qurbanı olub.

Kompüter tomoqrafiyası zamanı fironun boğazında dərin yara tapılıb. Yaranın dərinliyi 7 santimetrə çatıb. Bundan başqa, onun onurğa sütunu da zədələnib.

Şah damarının kəsilməsi Qədim Misirin sonuncu fironlarından birinin həyatına son qoyub. Hesab edilir ki, sui-qəsdi elə III Ramzesin öz oğlanları təşkil edib.

Şahzadə Ukoka

Şahzadə Ukokanın mumiyası da ekspertlərdə maraq doğurur. Cəsədin üstündə xeyli tatuaj vardı. Qadın 2500 il əvvəl ölsə də, üzərindəki tatuajlar əla qorunub. Tatuajlar arasında maral və mistik qartal şəkilləri var.

Hesab edilir ki, qadın Sibir dağlarımda yaşayan qəbilələrdən birinə məxsus olub. Ölərkən 25 yaşı varmış.

Qəbilə üzvlərinin hamısında tatuaj olub. Onlar hesab edirdilər ki, tatuajlar onlara axirətdə bir-birlərini tapmağa kömək edəcək.

Bu mumiya 1993-cü ildə tapılıb. Mumiyanın qəbrində həmçinin at qalıqları da aşkarlanıb.

Taksi sürücüsü olan mumiya

İngiltərənin Torki şəhərində yaşayan taksi sürücüsü Allan Billis ağciyər xərçəngindən əziyyət çəkirdi. 61 yaşlı kişi öləndən sonra cəsədini elm adamlarına verməyi vəsiyyət etdi.

2011-ci ildə Allan Billis dünyasını dəyişdi. Onu 3 min il əvvəl ölmüş firon Tutanxamon kimi mumiyaladılar. Eynən Qədim Misirdəki mumiyalama texnologiyasından istifadə edildi.

Allenin vəsiyyətinə görə, alimlər mumiyalaşma prosesini televiziya ilə canlı translyasiya etdilər.

Allen Billisin həyat yoldaşı isə prosesi şərh edərkən dedi ki, o, Britaniyada yeganə qadındır ki, evində ərinin mumiyası var.

Daşa Corco İteqelov

Buryat dalay laması Daşa Corco İteqolov rahibliyə 16 yaşında başlamışdı. 1927-ci ildə, 75 yaşında ikən tələbələrini başına yığdı və dedi ki, onun həyat yolu başa çatıb. Başqa dünyaya köçmə vaxtıdır. Ustad tələbələri ilə vidalaşdı, son sözləri isə belə oldu: "30 ildən sonra görüşərik".

İteqelov meditasiya zamanı sakitcə dünyasını dəyişdi.

Tələbələri onu lotosdan hazırlanmış yeşiyə qoydular. Maraqlıdır ki, buddist dalay lamanın bədəni mumiyalanmasa da, cəsədi çox yaxşı qorunub. Ekspertlər üçün bunun səbəbi hələ də anlaşılmazdır.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm