Koko Şanel casus idimi?
Bizi izləyin

Bilgi.az

Koko Şanel casus idimi?

Fransız tədqiqatçıları İkinci Dünya müharibəsi zamanı Koko Şanelin nasistlərin xeyrinə casusluq etməsi haqda fərziyyələr irəli sürüblər.

Məxfi saxlanılan hesabatlar Fransa televiziyasında yayımlanan sənədli proqramların birində ilk dəfə olaraq ictimaiyyətə təqdim olunub. Bu hesabatlarda ötən əsrin əfsanəvi dəb dizayneri Hitlerin "Abver" adlı kəşfiyyat və əks-kəşfiyyat hərbi orqanına üzv olmasını təsdiq edir.

Məxfi sənədlər digər fransız məşhurları olan Edit Piaf, Moris Şevalye və dramaturq Saşa Qitrinin də İkinci Dünya müharibəsi zamanı rolu barədə sualların yaranmasına əsas verir.

Sənədlərə əsasən, Koko Şanel nasistlərlə 1940-cı ildə fransız ordusunun məğlubiyyətindən sonra əlbir olmağa başlayıb. O, Baron Hanz Günter fon Dinklec adlı gestapo zabiti ilə münasibətdə olaraq nasistlərin yuxarı eşelonlarına kimi ucala bilib. Yeni aşkar edilmiş sənədlərdə Şanel "Vestminster" adı altında kodlaşıb. Onun "Abver" sənədləşmələrində nömrəsi F-7124 olub. Sənədlər düz 70 il Fransa Müdafiə Nazirliyində qorunub saxlanılıb. Tarixçi Frenk Ferrandın sözlərinə görə, Şanel nasist nüfuzundan istifadə etməklə 1924-cü ildə yəhudi ailəsinə satdığı ətir biznesini geriyə qaytarmaq istəyirdi.

Ferrand həmçinin onu da bildirir ki, Koko Şanel nasistlərin köməyi ilə biznesinin yəhudidən müsadirə olunub ona qaytarılacağına ümid edib. Lakin Verthaymer yəhudi ailəsi Şanelin ətir biznesini artıq alman biznesmeninə satmışdı.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm