Bilgi.az
Qızlarına cehiz ala bilməyən ata onları öldürdü – FOTOLAR
Hindistanda ailə dramlarının ardı-arası kəsilmir. Bu dəfə ata üç azyaşlı qızının toy xərcini ödəyə bilməyəcəyi üçün onları qətlə yetirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistan sakini 33 yaşlı Sancay Dubey adlı ata kasıb olduğundan qızlarını öldürərək, onların cəsədlərini kanala atıb.
O, həyat yoldaşına qızları yarmarkaya apardığını deyib. Əvəzində isə ata 9 yaşlı Ankita, 7 yaşlı Priya və 2 yaşlı Bhavnanı kanalda boğub.
Polis əməkdaşı deyib: "Kənd sakinlərindən biri zəng edərək, kanalda üç meyitin üzdüyünü dedi. Hadisə yerinə çatanda bizi Sancay qarşıladı və o, hər şeyi etiraf etdi".
Sancay bir neçə ay əvvəl biznes sövdələşməsində 5 min dollar uduzduğu üçün depressiya keçirib. Həbs olunarkən Sancay bildirib ki, qızlarını böyütmək üçün pulu olmadığından, onları qətlə yetirməkdən savayı çıxış yolu görməyib.
Sabcayın həyat yoldaşı deyib: "Həmin gecə qızlarım çox həyəcanlı idilər. Sancay qızlara demişdi ki, səhər açılanda yarmarkaya gedib, onlara təzə paltar alacaq. Buna görə də qızlar sevindilər. Lakin axşam saat 10-dək qayıtmadığını gördükdə Sancaya zəng vurdum. Lakin telefonu sönülü idi. Bütün gecəni yata bilmədim. Başlarına bir iş gələcəyindən qorxurdum".
Səhər açılanda Sancayın qardaşı baş verən hadisəni qızların anasına danışıb. Qadın deyib: "Qızları nəyə görə qətlə yetirdiyini bilmirəm. Bu barədə anlayışım yoxdur. Çünki bu, Sancayın xasiyyətinə uyğun deyil. O, qızlarını çox sevirdi".
O da bildirilir ki, ata qızlarına cehiz ala bilmədiyi üçün onları öldürmək qərarına gəlib.
Nura
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova