Şagirdlər məktəbi satışa çıxardılar
Bizi izləyin

Bilgi.az

Şagirdlər məktəbi satışa çıxardılar

Təhsillərini davam etdirmək üçün pul yığmaq istəyən Amerikanın Arkanzas ştat məktəbinin şagirdləri, öz məktəblərini satışa çıxarıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şagirdlər bu barədə internetdə elan veriblər.

Şagirdlər bildiriblər ki, onlar məktəbi bitiriblər və bir daha məktəb onlara lazım olmayacaq. Lakin kollecdə təhsillərini davam etmək üçün onların hamısına pul lazımdır.

Şagirdlər elanın altından belə bir şərh də yazıblar: "Məktəbin ərazisində maşın və hətta mal-qaranızı saxlamaq üçün çoxlu yer var. Kim bilir, bəlkə də, bu məktəbi almaqla hansısa biliyə sahib ola bilərsiniz".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm