Zibildən konfet – yaxud köhnə təkərləri atmayın – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Zibildən konfet – yaxud köhnə təkərləri atmayın – FOTOLAR

"Zibildən konfet düzəltmək" yarızarafat deyilən məsəl getdikcə daha çox ciddiləşir. Çünki texnologiyalar, habelə insan şüuru indi elə həddə çatıb ki, istifadə olunmuş əşyalar, istismar müddətini başa vurmuş avadanlıqlar yenidən istifadəyə verilir.

Avtomobili olan şəxslər bundan sonra istismar müddətini başa vurmuş köhnə avtomobil şinlərini zibilliklərə atmasalar daha yaxşı olardı. Məsələ burasındadır ki, istifadəyə yararlı olmayan köhnə təkərlərin üzlüklərindən indi səmərəli istifadə etmək mümkündür. Artıq bir sıra dövlətlərdə bu təcrübədən geniş istifadə etməyə başlayıblar.

Belə ki, əl qabiliyyəti yaxşı olan bəzi istedadlı insanlar zibilliklərdən yığdıqları köhnə təkərlərdən müxtəlif cür əşyalar düzəltməyə, hətta onu satmağa başlayıblar. Həmin əşyalara ev divanları, kreslolar, dibçəklər daxildir.

Publika.az-ın təqdim etdiyi fotolar bunu bir daha sübut edir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm