1-5 yaşlı uşaqların 14 faizi bağçaya gedə bilir
Bizi izləyin

Elm və təhsil

1-5 yaşlı uşaqların 14 faizi bağçaya gedə bilir

Uşaqların 14,0 faizi mətkəbəqədər tərbiyə müəssisələrinə cəlb edilib.

Respublikada məktəbəqədər tərbiyə müəssisələri 1-5 yaşlı uşaqların 14 faizini əhatə edir.

Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, 2017-ci il yanvar ayının 1-i vəziyyətinə görə ölkədə 1656 dövlət və 66 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 117 min uşaq tərbiyə alır. Bu isə o deməkdir ki, 1-5 yaşlı uşaqların 14,0 faizi mətkəbəqədər tərbiyə müəssisələrinə cəlb edilib.

2016/2017-ci tədris ilinin əvvəlinə ölkənin 4427 dövlət və 25 qeyri-dövlət ümumi təhsil müəssisələrində (hazırlıq siniflərində oxuyanlar da daxil olmaqla) 1,5 milyon şagird təhsil alıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6,0 min uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində təşkil edilmiş xüsusi siniflər fəaliyyət göstərib. 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 972-si ali, orta ixtisas və orta təhsilə malikdir.

Ümumi təhsil müəssisələrində ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisi 14,5 faiz olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm