Elm və təhsil
Diaqnostik qiymətləndirmə müəllimlərə nə verəcək?
Azərbaycanın 26 rayonu üzrə keçirilən diaqnostik qiymətləndirmədə ən yüksək – 100 nəticə göstərən müəllimlər vəzifədə irəli çəkilə bilər.
Bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, ilk növbədə diaqnostik qiymətləndirmə müəllimlərin imkanlarını dəyərləndirmək üçün bir vasitədir:
“Qiymətləndirmədə yüksək nəticə göstərən müəllimlərin dərs saatları artırılır. Diaqnostik qiymətləndirmələrdə ən yüksək nəticə göstərən müəllimlərin dərs saatlarının artırılması onlara gələcək karyera yüksəlişində göstəriləcək ən yaxşı etimad olacaq. Eyni zamanda, belə müəllimlər mentor kimi öz həmkarlarına gələcək təlimlərin təşkilində və bir çox digər layihələrdə irəli çəkilə bilərlər”.
Qeyd edək ki ,ötən ilin sonunda Azərbaycanın 26 şəhər və rayonu üzrə keçirilən diaqnostik qiymətləndirilmədən dövlət ümumi təhsil müəssisələrində çalışan 36 min müəllim keçib.
Hazırda onların keyfiyyət göstəriciləri təhlil olunur. (trend)
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?