Elm və təhsil
Magistr olmaq istəyənlər üçün imtahan qaydaları dəyişdi
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar 2017/2018‑ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində ixtisas üzrə test tapşırıqlarının əvəzinə qabiliyyət imtahanı verəcəklər.
Bu barədə Publika.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, bu ixtisaslaşmalar üzrə magistraturaya qəbul imtahanının 1-ci mərhələsinin müsabiqə şərtini ödəmiş bakalavrlar mayın 4‑dən 22-dək keçirilən proqram seçimi zamanı Dövlət İmtahan Mərkəzinin (DİM-in) internet saytının müvafiq səhifəsinə daxil olaraq müvafiq proqramı seçməlidirlər.
“Bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramları ilə yanaşı, nəzəri ixtisaslaşmalar üzrə 37, 50 və 53 saylı proqramları da seçə bilərlər. Nəzəri ixtisaslaşmaları seçən bakalavrlar iyunun 4-də magistraturaya qəbul imtahanının II mərhələsində müvafiq proqramlar üzrə test imtahanı verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçən bakalavrlar isə 6 - 7 iyun tarixlərində DİM-in internet saytına daxil olaraq “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və 8 - 10 iyun tarixlərində vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər” - deyə, məlumatda bildirilib.
-
Maraq dünyası06:28
200 milyon illik sirr: piramida, yoxsa dağ? - FOTO
-
Magazin105:15
Məşhur bəstəkarın səhhəti pisləşdi: "Güclə danışıram" - VİDEO
-
Hadisə01:00
Yanğın nəticəsində xəsarət alan var? - İcra başçısı açıqladı
-
Hadisə00:36
"Ağ çiçəyim"də yanğının yayılmasının qarşısı alındı - FOTO/VİDEO/ YENİLƏNDİ
-
Qoroskop00:30
Günün qoroskopu: yaşamınızda yeni intriqa peyda olacaq
-
Nəqliyyat00:20
Yanğınla bağlı daha bir yol bağlandı - YENİLƏNDİ
-
Dünya15 May 23:15
71 yaşlı yazıçı dindirildi: Baş naziri buna görə güllələyibmiş... - VİDEO
-
Magazin115 May 23:03
Vasif Məhərrəmli plastik əməliyyatla üzünü DƏYİŞDİRDİ - FOTO