Elm və təhsil
AYB-də şair-dramaturq Xanlar Həmidin 70 illik yubileyi qeyd olundu - FOTO
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair-dramaturq, avestaşünas Xanlar Həmidin 70 illik yubileyinə həsr olunmuş tədbir və şairin yenicə çapdan çıxmış kitablarının təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə çıxış edənlər şair Xanlar Həmidin həyat və yaradıcılığı haqqında danışıblar.
Qeyd edilib ki, şairin tərcümələrinin maraqlı cəhəti müəllifin, sadəcə, əldə olan mətnlərin tərcüməsi ilə kifayətlənməməsi, məsələyə araşdırmaçı-alim kimi yanaşaraq, kitablara zəngin şərhlər əlavə etməsi, onların müasir oxucular tərəfindən rahat dərk olunmasıdır.
Vurğulanıb ki, Xanlar Həmid “Avesta”nı (Yəşt hissəsini) ilk dəfə rus dilindən Azərbaycan dilinə poetik tərcümə edən şairdir.
Xanlar Həmid AZƏRTAC-ın müxbiri ilə söhbətində yaradıcılığından bəhs edib: “2001-ci ildən “Avesta” kimi böyük dərin elmi kitabların tərcüməsinə başlamışam. 960 səhifəlik kitab toplusunu tərcümə etmişəm. Gələcək planlarım “Avesta” məlumatlarına dair yeni şərhlər yazmaqdır. Çünki Zərdüştlüyün müqəddəs kitabının həm elmi, həm də ruhani cəhətləri var”.
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir








.jpg)



























