Elm və təhsil
Qabiliyyət imtahanı verəcək abituriyentlərə vacib xəbər
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin, tam (11 illik) və ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışlarını nəşr edib.
Publika.az xəbər verir ki, xüsusi buraxılışlar “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti”, “Bədən tərbiyəsi və idman”, “Təsviri sənət/Memarlıq” və “Jurnalistika/İslamşünaslıq” istiqamətləri üzrə 5 adda nəşr edilib.
Jurnallarda xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, imtahan proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər və s. zəruri materiallar əksini tapıb.
Xüsusi buraxılışlarda həmçinin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üçün keçirilən qabiliyyət imtahanları haqqında məlumat verilib.
Vəsaitləri DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir








.jpg)



























