Elm və təhsil
14 yaşlı qızların nişanlanaraq məktəbi tərk etməsi XƏBƏRİNƏ RƏSMİ REAKSİYA
Paytaxtın ümumi təhsil müəssisələrindən 14-15 yaşındakı qızların məktəbdən çıxarılaraq nişanlaması ilə bağlı hansısa ciddi problem qeydə alınmayıb.
Bu barədə Publika.az-ın sorğusuna Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumatda bildirilib.
Məlumatda qeyd olunur ki, belə hallara təsadüf olunduğu təqdirdə məktəb direktorları, müəllimlər və psixoloqlar valideyn və şagirdlərlə söhbətlər aparır, məsələnin həlli üçün müvafiq vasitələrdən istifadə edirlər:
“Bu məsələdə ümumi yanaşma ondan ibarətdir ki, hər bir şagird dövlətin yaratdığı təhsil imkanlarından səmərəli şəkildə yararlanmalıdır. Sevindirici haldır ki, qızların təhsilinə də cəmiyyətimizdə olan həssas münasibət vaxtaşırı bu məsələ ətrafında müzakirələrin aparılmasına səbəb olur. Bu da çox təbii qarşılanmalıdır. Çünki gələcəyin təhsilli, savadlı anası cəmiyyətimizə, dövlətimizə lazımlı övladlar yetişdirir. Bu millətimizin daha xoşbəxt gələcəyi baxımından önəmli məsələdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tədris ili boyunca məktəblərdə şagirdlərin dərsə davamiyyət məsələsini davamlı olaraq izləyir və vaxtaşırı keçirilən monitorinqlər vasitəsilə məsələni diqqət mərkəzində saxlayır”.
Qeyd edək ki, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında millət vəkili Gövhər Baxşəliyeva komitə iclasında Bakıətrafı kəndlərin çoxunda valideynlərin 14-15 yaşındakı qızını məktəbdən çıxarıb nişanlandığını bildirib.
Gülxar
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi